Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
İsrail-Azərbaycan münasibətləri kimləri narahat edir?
Hansı dövlətlə əlaqələr qurmaq Azərbaycanın öz hüququdu. Azərbaycan başqa ölkələrlə əlaqələrini öz maraqları müstəvisində inkişaf etdirir

Son dövrlər Azərbaycan-İsrail münasibətlərində ciddi yaxınlaşma müşahidə olunur. Xüsusilə də bu əlaqələrə İsrail rəsmilərinin daha çox maraq göstərməsi diqqətdən yayınmır. Qeyd edək ki, indiyə qədər rəsmi Bakı İsrail dövlət rəsmilərinin Azərbaycana gəlişinə rəğmən balanslaşdırlmış siyasətini davam etdirir. İsrail əhalisinin çoxu şiə-müsəlmanlar olan Azərbaycanla dövlətlərarası münasibətlərin genişləndirilməsində maraqlı olduğu başa düşüləndir.

İSRAİL-AZƏRBAYCAN STRATEJİ TƏRƏFDAŞ KİMİ...
İsrail-Azərbaycan münasibətləri isə bu günün, dünənin məsələsi deyil. Ümummili lider Heydər Əliyevin 1997-ci ildə ABŞ-a səfəri zamanı Nyu-Yorkda ABŞ- yəhudi təşkilatları, Amerikanın bütün ştatlarında olan yəhudi icmalarının toplandığı yüksək səviyyəli konfransda çıxışı yaxşı xatırlanır. Həmin ərəfədə çox əhəmiyyətli görüşlər keçirilmiş, danışıqlar aparılmışdır. Bütün bu görüşlər, danışıqlar zamanı lobbi təşkilatları Azərbaycanın mövqelərini, xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində ölkəmizin mövqelərini dəstəklədiklərini bildirmiş və bizə həmişə yardımçı olmuşlar. Bu faktlar İsrail ilə Azərbaycan arasında, Azərbaycan ilə bütün dünya yəhudiləri arasında dostluq əlaqələrinin mövcud olduğunu çox parlaq nümayiş etdirir. Bu əlaqələrin gələcəkdə də inkişaf etməsində hər iki tərəf maraqlıdır.
“Azərbaycanda tarixi ənənələr, mədəni irs, müasir dünyanın həqiqi dəyərləri, dözümlülük, tolerantliq, millilik birləşib. Bu son dərəcə uğurlu modeldir. Bu model bütün regiona yayılmağa layiqdir”-bunu İsrailin xarici işlər naziri Aviqdor Liberman deyib. Nazir çıxışında faktiki olaraq İsrail dövlətinin Dağlıq Qarabağ münaqişəsinə münasibətini də sərgiləyib: “Biz Azərbaycanın ərazi bütövlüyünə hörmət edirik. Hesab edirik ki, bütün siyasi mübahisələr beynəlxalq razılaşmalar əsasında həllini tapmalıdır”.
Xarici işlər naziri həmçinin bir müsəlman ölkəsi olan Azərbaycanın İsrail dövləti ilə münasibətlərinin bütün dünya üçün nümunə olduğunu da vurğulayıb. İsrailin baş diplomatı Azərbaycanda yəhudilərə münasibətdən də mənun olduğunu bildirib.
İsrail rəsmilərinin Azərbaycan səfəri adətən ildə bir-iki dəfə reallaşır. Bu dəfəki səfərin məqsədi görülən işlər və əməkdaşlıq perspektivlərini müzakirə etmək, 2010-cu ildə əlaqələrin hansı formada olacağını, hansı işlər görüləcəyini müəyyənləşdirməkdən ibarət olub. Görüşlərdə isə ümumi qlobal siyasi vəziyyət, regiondakı durum barədə fikir mübadiləsi aparılıb. Dağlıq Qarabağ münaqişəsi, eyni zamanda Yaxın Şərqdəki sülh prosesi və İsrailin Suriya və Livanla münasibətləri, sülh prosesi çərçivəsində baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb. Həmçinin iqtisadi münasibətlərin genişləndirlməsi, əlaqələrin artırlması da müzakirə obyekti olub. Doğrudan da idxal-ixrac əməliyyatlarında yüksək nəticələr var və ölkələr arasında 4 milyard dollara qədər ticarət dövriyyəsi iki balaca ölkə üçün kifayət qədər böyük məbləğdir. Hər iki dövlət yüksək texnologiyalar, kənd təsərrüfatı, səhiyyə, təhsil sahələrində əməkdaşlığın inkişafında maraqlıdır.

QICIQLANMAĞA ƏSAS VARMI?

Lakin İsrailin xarici işlər nazirinin Azərbaycana səfəri başa çatmamış, ölkə daxilində müxtəlif bəhanələr altında dini qüvvələrin hərəkətə gətirilməsi cəhdləri baş verdi. Buna qədər isə, yəni səfərin başlamasına sayılı günlər qalmış İranın “Səhər” telekanalı Azərbaycan əleyhinə təbliğatını artırdı. Bu dəfə sözügedən telekanal İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycan səfərinə qarşı videorolik yaydı. Sözügedən videorolikdə İsrail-Fələstin müharibəsi zamanı həlak olan fələstinli uşaqların və qadınların görüntüləri əks olunub, bir sıra məqamlarda isə Azərbaycan və İsrail prezidentlərinin görüşləri, isti münasibətlərindən fraqmentlər ekrana gəlib. Bununla da İran televiziyası Azərbaycan prezidenti İlham Əliyevin fələstinliləri qan gölündə boğan İsraillə normal münasibətlər qurmaqda ittiham edib.
Halbuki, Azərbaycan dövləti Ermənistana quru yolla hər şey İran vasitəsilə keçirildiyinə, İran Ermənistanda strateji əhəmiyyətli obyektlər tikməsinə, bu ölkəyə  neft, qaz verməsinə normal sivil münasibət sərgiləyib. Əgər İran Azərbaycanın gözlədiyi məqamlara riayət etsəydi, bu, Dağlıq Qarabağ probleminin həlli üçün mühüm amil olardı. Əksinə qonşu dövlət problemin tezliklə həllində maraqlı olmadığını göstərir. Güzəştlər də qarşılıqlı şəkildə olmalıdır.
Bundan başqa Azərbaycanda fəaliyytə göstərən dini təşkilatların saytlarında İsrail işğalçı dövlət kimi göstərilir, Fələstində törədilənlərin başlıca günahkarı olduğu deyilir. Ermənistan kimi. Amma Ermənistana regionda həm siyasi, həm də iqtisadi dəstək verən İran yada düşmür. Çünki maliyyə İrandan gəlir.

TÜSTÜLÜ ƏSKİMİZ...

Nə qədər qəribə səslənsə də, müsəlman ölkələri nədənsə bir sıra hallarda yalnız Azərbaycanla bağlı məsələdə bu cür "həssaslıq" nümayiş etdirirlər. Məsələn, Qazaxıstanla İsrail arasında əlaqələr daha yaxşı inkişaf etmiş olsa da, nədənsə bu, Azərbaycan-İsrail əməkdaşlığından narazı qalan tərəfləri qayğılandırmır. Ermənistan İsraillə diplomatik əlaqələr qurması diqqətdən yayınır. Yeri gəlmişkən bir faktı da qeyd edək. Ermənistanın baş naziri Tiqran Sərkisyanın İsrailə səfəri İrəvanla Tehran arasında strateji tərəfdaşlığın möhkəmləndiyi, İsraillə Azərbaycan arasında münasibətlərin inkişafda olduğu və Türkiyənin Təl-Əvivlə münasibətlərində gərginliyin hökm sürdüyü bir vaxtda baş verir. Azərbaycanın İsraillə əməkdaşlığının güclənməsindən narahat olan Ermənistan bunu İranla tərəfdaşlığı gücləndirməklə kompensasiya etməyə çalışır. Xəbər verildiyi kimi, Ermənistan müdafiə naziri yaxın günlərdə İrana səfər edəcək. “İzRus” portalı isə xatırladır ki, ötən il Ermənistanın xarici işlər nazirinin müavini və kənd təsərrüfatı naziri İsraildə olublar. Bu haqda narahatlıq keçirən yoxdur. Amma İsrail dövlət rəsmilərinin Azərbaycan səfəri qısqanlıqla qarşılanır. Hanı məntiq?

AZƏRBAYCAN DƏST-XƏTTI...

Hansı dövlətlə əlaqələr qurmaq Azərbaycanın öz hüququdu. Azərbaycan başqa ölkələrlə əlaqələrini öz maraqları müstəvisində inkişaf etdirir. Bu gün İsraillə əlaqələrin dərinləşdirilməsi bizim maraqlarımıza cavab verir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın başqa ölkələrlə əlaqələri üçüncü dövlətlərin, o cümlədən İranın əleyhinə yönəlməyib".
Sonuncu sitat. "Azərbaycanın İsraillə münasibət qurması nə İranın, nə də digər ölkələrin əleyhinə ola bilər. İran bundan narahat olmamalıdır” - bu sözlər İran İslam Respublikasının Azərbaycandakı sabiq səfiri Əfşar Süleymaniyə aiddir. İndi qəribə və çox maraqlı mənzərə yaranır. Diplomat bu görüşlərdən narahatlığa əsas görmür, Azərbaycan daxilində isə fərqli yanaşma ortaya qoyulur. Diplomatiyada və siyasətdə isə “anası durdu, xalasının ürəyi getdiyi prinsipləri” yoxdur. Bu yalnız atalar sözüdür.
Təbii ki, Azərbaycanın dövlət orqanları, ictimai-siyasi elitası İsrail dövlətinin və ya təşkilatlarının Azərbaycandakı fəaliyyətinə diqqətlə yanaşır və həyata keçirilən tədbirlərin Azərbaycanın milli maraqları ilə uzlaşmasına etinasızlıq göstərmirlər. Biz Azərbaycanda İsrail dövlətinə bir dost dövlət və yəhudi xalqına dost xalq kimi baxırıq. Eyni zamanda, İsrailin qonşuları olan ərəb ölkələri də bizim dostlarımızdır. Biz çox arzu edirik ki, Yaxın Şərqdə İsrailin ətrafındakı münaqişə tezliklə başa çatsın və İsrail ilə onun ətrafında olan bütün ərəb ölkələri arasında sülh, əmin-amanlıq yaransın. Bunun üçün gözəl nümunə var. 20 il bundan öncə Misirlə İran arasında, ondan sonra isə İordaniya ilə İsrail arasında sülh müqaviləsi imzalanmışdır.
Bu baxımdan Azərbaycan öz torpaqlarının işğaldan azad olunmasında, regionda sülhün bərqərar olmasında maraqlıdır. Bütün bunlrala bərabər Azərbaycanda bütün sahələrdə, xüsusən də din sahəsində tolerantlıq hökm sürür. Bu mənada Azərbaycan bütöv dünya ölkələrinə nümunədir. Bunu yaddan çıxarmaq naşılıqdan çox, görməməzlik kimi yozulur.
Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan öz xarici kursunda doğru olaraq balanslaşdırılmış siyasət götürüb. Bunu dövlət başçısı İlham Əliyev də dəfələrlə vurğulayıb. Belə ki, bu günlərdə ictimaiyyət qarşısında çıxışlarının birində də o, Azərbaycanın müstəqil, balanslaşdırılmış siyasət yeritməkdə davam edəcəyinə işarə vurub. O həmçinin qeyd edib ki, Azərbaycanın öz resursları ilə özünü tam surətdə saxlamağa qadirdir. Bu mənada hər hansı bir daxili və xarici qüvvələrin bizimlə təzyiq dilində danışması mümkünsüzdür.


Sənan

“Azərbaycanda tarixi ənənələr, mədəni irs, müasir dünyanın həqiqi dəyərləri, dözümlülük, tolerantliq, millilik birləşib. Bu son dərəcə uğurlu modeldir. Bu model bütün regiona yayılmağa layiqdir”-bunu İsrailin xarici işlər naziri Aviqdor Liberman deyib
+  -  Çap 
Yerləşdirilib: 18.02.10 | Baxılıb: 301

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •