Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Hansı nazirlik mətbuatla daha yaxşı işləyir?
Sorgunun nəticələrində 2009-cu ildə fəaliyyəti qənaətbəxş hesab olunan təşkilatların siyahısında ilk yerdə Xarici İşlər Nazirliyi qərarlaşıb

Söz Azadlığını Müdafiə Fondu “KİV-lərin informasiya alması zamanı ən operativ mətbuat xidmətinin müəyyən olunması”nı aydınlaşdırmaq üçün keçirdiyi rəy sorğusunun nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Qurumun rəhbəri Musa Yaqub məlumat verib ki, 2 ay davam edən sorgu müxtəlif mətbuat orqanlarını təmsil edən 500-dək jurnalist arasında keçirilib. Sorğunun nəticələri barədə məlumat verən Fondun icraçı direktoru Vüqar Tofiqli   respondentlərin 5.7 faizinin dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətindən razı oldugunu bildirib. Respondentlərin 60.3 faizi bu fəaliyyətin onları qismən qane etdiyini, 31.4 faizi isə ümumiyyətlə qane etmədiyini vurgulayıb. Respondentlər sorğu iştirakçılarının “Dövlət orqanlarının mətbuat xidmətlərində informasiya açıqlığı necə təmin olunur?” sualıni da cavablandırıblar. İştirakçılardan 4.8 faizi “yaxşı”, 36.7 faizi “pis”, 55.7 faizi isə “orta” səviyyədə qiymətləndirib. Respondentlərin 2.8 faizi isə cavab verməkdə çətinlik çəkdiyini bildirib. “İnformasiyanın ötürülməsində operativliyə əməl edən mətbuat xidməti” barədə suala respondentlərin cavabı birmənalı olmayıb. Belə ki, iştirakçıların 16.6 faizi Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin adını çəkib. Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Nəqliyyat Nazirliyi, Mərkəzi Seçki Komissiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və digər dövlət qurumları isə sonrakı yerləri bölüşdürüblər. Respondentlər mətbuat xidmətlərinin fəaliyyətinə mane olan səbəblərə də münasibət bildiriblər. Belə ki, 38.3 faiz iştirakçı təmsil etdikləri təşkilatların rəhbərlərini, 35.6 faizi mətbuat xidməti rəhbəri vəzifəsinə qeyri-peşəkarların təyinatını, 16.8 faizi isə jurnalistlərin qeyri-peşəkarlığıni göstərib. Sorgunun nəticələrində 2009-cu ildə fəaliyyəti qənaətbəxş hesab olunan təşkilatların siyahısında ilk yerdə XİN qərarlaşıb.  FHN, MSK, Rabitə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ekologiya Nazirliyi, Təhsil Nazirliyi və digər dövlət qurumları da siyahıda ilk yerləri tutublar. Dövlət qurumlarının internet resurslarının qiymətləndirilməsində isə ilk beşliyi Vergilər Nazirliyi, MSK, FHN, DİN, XİN bölüşdürüb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə sorğunun nəticələrindən razı qalmadıgını bildirib. Onun sözlərinə görə, tələbə qəbulu zamanı hər həftə komissiyada mətbuat konfransları keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev də sorğuda 20-ci yer tutmaqlarından narazılıgını bildirib. Onun bildirdiyinə görə, nazirliyin mətbuat xidməti cəbhə bölgəsində baş verən hadisələr və monitorinqlərin nəticələri haqqında operativ məlumat verir. T.Abdullayev internet saytı olmayan Müdafiə Nazirliyinin “İnternet resurslarının səviyyəsi ilə bağlı” sorğuda 17-ci yerdə qərarlaşmasına da etiraz edib. Fondun rəhbəri yekun çıxışında dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərlərinin səlahiyyətlərinin çərçivədə olduğunu vurğulayıb. Mətbuat xidmətlərinin operativ işləməməsini də sərbəst olmamaları ilə əlaqələndirib.


Təranə
+  -  Çap 
Yerləşdirilib: 18.02.10 | Baxılıb: 315

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •