Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Bədxərc Voronin
Moldovanın keçmiş prezidenti Vladimir Voroninin oğlu həbs oluna bilər

Moldovanın keçmiş prezidenti Vladimir Voroninin başının üstünü qura buludlar alıb. Belə ki, onun oğlu Oleq Voronin istintaqa çağırılıb. Hökumət yanında İqtisadi cinayətlər və korrupsiya üzrə mərkəz onu həddən artıq maliyyə vəsaiti sərf etməkdə günahlandırıb. Prokurorluq ondan sərf etdiyi vəsaitlərin mənbələri barədə məlumat verməsini istəyib. Hazırda Avstriyada yaşayan Oleq Kşinyovda biznes və geniş ticarət şəbəkələrinə malikdir. Qeyd edək ki, Antikorrupsiya üzrə Mərkəz Oleq Voroninə jurnalist araşdırmasından sonra müraciət edib. Belə ki, Moldoviya mətbuatının yaydığı məlumatlara görə, eks-prezidentin oğlunun bank kartlarında 1140 əməliyyat haqqında məlumat var. Onun 8 milyon dollar sərf etdiyi bəlli olub. Onun Baden-Baden, Kipr, Vyana, Frankfurt, Hamburq, Münxen, Paris, Moskva, London, Cenevrə, Oslo, Odessa, Roma və Dubayda çoxsaylı bank hesablarının olduğu bəlli olub. Ən bahalı otellərdə istirahət edən Oleq ən məşhur mağazalarda ticarət edib. Məsələn, Parisdə otellərdən birində onun yüz min dollar xərclədiyi müəyyən olunub. Özü də o, çox vaxt ödəmələri nəğd yolla aparıb. Məlumata görə, baş prokuror Valeri Zubko bununla bağlı ona müraciət edən jurnalistlərin informasiyasına müsbət reaksiya verilib. Xatırladaq ki, eks-prezident 2008-ci ildə təqdim etdiyi gəlirlər bəyannaməsində aylıq əmək haqqının 950 dollar olduğunu göstərib. V.Voronini 2009-cu ilin sentyabrında istefaya getməyə məcbur ediblər.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 18.02.10 | Baxılıb: 200

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •