Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
«Ouşenin 11 dostu»
Dubay polisi «Həmas» lideri Mahmud əl-Məbhuhun israillilər tərəfindən öldürüldüyünü açıqlayıb

Dubay polisi qalmaqallı qətllərdən biri ilə apardığı araşdırmaları ortaya qoyub. Əmirliyin polis rəisi general Əl-Təmim keçirdiyi mətbuat konfransında bildirib ki, «Həmas» radikal qruplaşmasının radikal qanadının liderlərindən hesab edilən Mahmud əl-Məbhuhu peşəkar killerlər, daha dəqiq desək, israillilər öldürüb. Artıq həmin şəxslərin adı isə İnterpola verilib. Qeyd edək ki, komandir Birləşmiş Ərəb Əmirliklərindəki otelə daxil olarkən qətlə yetirilib. Maraqlıdır ki, rəsmi Təl-Əviv yanvarın 20-də baş verən bu gurultulu qalmaqalla bağlı hər hansı bir məlumat verməkdən boyun qaçırır. Lakin radikal qruplaşmanın keçmiş komandirinin qətli artıq iki həftədir ki, İsrail mətbuatında geniş müzakirə olunur. Mətbuat yüksək rütbəli terrorçunun aradan götürən qrupu peşəkarlığına görə, «Ouşenin 11 dostu» kinofilminin qəhrəmanları ilə eyniləşdirib. Lakin indiyə kimi bununla bağlı yalnız ehtimallar irəli sürülürdü. Dubay Əmirliyinin polis rəisi mətbuat konfransında əməliyyatın digər üzvlərinin də adını çəkib. Generalın sözlərindən bəlli olub ki, polis öz nəticəsini mehmanxanada quraşdırılan kameralardakı videogörüntülərə əsasən ortaya qoyub. Yeri gəlmişkən qeyd edək ki, Əl-Məbhuh «Həmas»ın digər komandirləri kimi 1989-cu ildən bəri Fələstində deyil, Dəməşqdə yaşayıb. Hərəkatın üzvlərindən biri etiraf edib ki, bu şəxsin Fələstin üsyanı zamanı iki israilli əsgərin qətlində əli olub. Yanvarın 20-də Dubaya gələn əl-Məbhuh əmirliyin hakimiyyət orqanlarına bu barədə məlumat verməyib. Bu isə ona həyatı bahasına başa gəlib. «Həmas» komandirini izləyən İsrailin xüsusi xidmət orqanları onu oteldə yaxalayıblar. «Mossad» insidenti şərh etməsə də, mətbuat əməliyyat iştirakçılarının yüksək peşəkarlığını xüsusi qeyd edib. «Haaretz» qəzetinin yazdığına görə, qətldə iştirak edən şübhəlilər Dubaya müxtəlif şəhərlərdən, ayrı-ayrı təyyarələrdə gəliblər. Özü də beynəlxalq rabitə xidmətindən istifadə etməklə ayrı-ayrı otellərdə yerləşiblər. Geyim formaları da elə olub ki, onları tanımaq mümkün olmayıb. Məsələn, onlardan biri bığ saxlayıb, digəri papaq və qara eynək taxıb. Bir sözlə, onlar özlərini istirahətə gələn turist və biznesmen kimi qələmə verməyə çalışıblar. Bütövlükdə komandanın 11 üzvünün olduğu bildirilir və ola bilsin onların arasında qadın da olub. Onlardan 6-nın Britaniya, üçünün İrlandiya, yerdə qalanlarının isə fransız və alman pasportları olduğu vurğulanır. Dubay hakimiyyət orqanlarının məlumatına görə, komanda üzvləri iki qrupa bölünüblər. Birinci qrup müşahidə funksiyasını yerinə yetirib, gənclərdən ibarət ikinci qrup isə qətli həyata keçirib. Heç kim qapını döymədən və sındırmadan içəri daxil olub. Təxribatçılar otağa əvvəlcədən hazırlanmış açarla daxil olublar. Əl-Təmim ehtimal edir ki, Məbhuhu boğaraq öldürüblər. Lakin bunun üçün patoloqoanatomların iştirakı ilə əlavə tədqiqatlara ehtiyac olduğu bildirilir. Qətlə yetirilənin qardaşı bildirib ki, Məbhuhu elektroşokerin zərbəsi ilə öldürülüb. Lakin başqa bir fələstinli mənbə «Qardian» qəzetinə bildirib ki, qətldə zəhərlənmə versiyası var. Kameralarda iki şübhəli şəxsin əyinlərinə kostyum geydikləri göstərilir. Qeyd edək ki, Qərbdə və ümmiyyətlə, əmirlikdəki bütün otellər videomüşahidə qurğuları ilə təchiz olunub. Əməliyyatın iştirakçıları da bu riski nəzərə alıblar. Özü də onların hərəkətləri «Mossad»ın 1997-ci ildə keçirdiyi əməliyyatı xatırladır. O zaman israillilər İordaniyada «Həmas»ın Siyasi Şurasının üzvü Xalid Maşalı uğursuz şəkildə aradan götürmək istəmişdilər. Bu insident İsrail xüsusi orqanlarının keçmiş əməkdaşının «Beyrutda duet» romanında ətraflı təsvir olunub. O zaman «Mossad» üzvləri də xarici görkəmlərini, paltarlarını, avtomobillərini və mehmanxananı dəyişmişdilər. «Haaretz» qeyd edir ki, istənilən halda Dubay şübhəli bilinən şəxslərin pasportları barədə İnterpoldan məlumat alsa, bunun heç bir faydası olmayacaq. Çünki, həmin şəxslərin adları qurama, pasportları isə saxtadır. Dubay müstəntiqlərinin yeganə ümidi iki fələstinlinin həbsi ilə bağlı ola bilər. Polisin məlumatına görə, həbs olunanlar qatilləri informasiya ilə təmin edib. Hətta bunlar təsdiq edilsə belə, həbs olunanlar əməliyyat iştirakçılarını tanıya bilməyəcəklər. Çünki kəşfiyyatçıların qarşısına qoyulan əsas məsələ komanda üzvlərinin bir-birini tanımaması üzərində qurulub. Artıq «Həmas» bəyan edib ki, israillilərdən qisas alacaq. «Həmas»ın nümayəndələri qətlin sionist rejimi tərəfindən və Mahmud Abbas administrasiyasının köməyi ilə həyata keçirildiyini bəyan edib. Lakin aparılan daxili tədqiqat müəyyən edib ki, Məbhuhun çoxsaylı düşmənləri də var. Belə ki, onun qətlində ərəb ölkələrinin, məsələn, Misir və İordaniya xüsusi xidmət orqanlarının əli olduğu irəli sürülüb. İnsidentlə bağlı Böyük Britaniya Xarici İşlər Nazirliyi açıqlama yayıb. Nazirliyin nümayəndəsi bildirib ki, Britaniya pasportu daşıyan şəxslərin sahiblərinin kimliyini müəyyən edəcək.
+  -  Çap 
Yerləşdirilib: 18.02.10 | Baxılıb: 283

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •