Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ekoloji qanunvericiliyin pozulması ilə bağlı 164 akt və protokol tərtib olunub
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayı ərzində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları yanvar ayı ərzində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 164 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 25 göstəriş verilib. Bu barədə qəzetimizə məlumat verən nazirliyin məbuat xidmətindən bildirilib ki, ümumilikdə 54 iş üzrə 1619330 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 24 iş üzrə 74936,46 manat məbləğində iddia qaldırılıb. İdarə və müəssisələrə 119 iş üzrə 32728,14 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 37 işdən 6-na baxılaraq müvafiq tədbir görülüb. Qurumdan qeyd edilib ki, su ehtiyatlarının mühafizəsi üzrə 3 akt tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 4 icrası məcburi olan göstəriş verilib. İdarə və müəssisələrə 13 iş üzrə 4362,17 manat məbləğində ödəmə tətbiq edilib. Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə də müvafiq araşdırmalar aparılaraq 29 akt və protokol tərtib olunub. Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə 12 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntularına yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 7 iş üzrə 3430 manat məbləğində cərimə tətbiq edilib. 67 iş üzrə 23573,79 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 3 işdən 1-nə baxılaraq müvafiq tədbir görülüb. Torpağın mühafizəsinə gəlincə, bu sahədə aşkar olunmuş qanun pozuntularına görə 11 akt tərtib olunub. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 3 iş üzrə 7400 manat məbləğində cərimə tətbiq edilib. 11 iş üzrə 825 manat məbləğində iddia qaldırılıb və ödənilməsi təmin olunub. Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə isə 10 akt və protokol tərtib olunub. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 8 iş üzrə 4550 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 3 iş üzrə 69300 manat məbləğində iddia qaldırılıb. Tədbir görülməsi üçün məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 4 işdən 1-nə baxılaraq müvafiq tədbir görülüb. Tullantıların idarə olunması sahəsində də qanun pozuntular aşkarlanıb. Buna görə 21 akt və protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 5 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 5 iş üzrə 16100 manat məbləğində cərimə tətbiq edilib. 28 iş üzrə 3967,18 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 12 işdən 1-nə baxılaraq müvafiq tədbir görülüb. Floranın mühafizəsi sahəsində isə aşkar olunmuş qanun pozuntularına görə 72 akt və protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 4 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 26 iş üzrə 1583775 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 13 iş üzrə 1796,46 manat məbləğində iddia qaldırılıb. Tədbir görülməsi üçün məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 16 işdən 3-nə baxılaraq müvafiq tədbir görülüb. Faunanın mühafizəsi sahəsində isə 14 akt və protokol tərtib olunub. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 5 iş üzrə 4075 manat məbləğində cərimə tətbiq edilib. Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində  4 protokol tərtib olunub. Dəymiş ziyanla bağlı 8 iş üzrə 3840 manat məbləğində iddia qaldırılıb.


HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 18.02.10 | Baxılıb: 280

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •