Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Neftçi" "altılığ"a vəsiqəni rəsmiləşdirdi
"Qəbələ" isə bu işi son tura saxladı
Dünən Unibank Premyer Liqasında XXI turun oyunları keçirilib. "Neftçi" "Xəzər-Lənkəran"la heç-heçə oynayaraq, "altılığ"a vəsiqəni rəsmiləşdirib. Bu mənada "Qəbələ"nin də yaxşı şansı olsa da, Ramiz Məmmədovun komandası "Muğan"ın müvaqimətini qıra bilməyib. Bu turda maraqlı hadisə də baş verib. Belə ki, 6 oyunun 5-də heç-heçə qeydə alınıb. Halbuki cari mövsümdə 1 turun maksimum 3 görüşü bərabərliklə nəticələnib. XIII, XIV və XVI turlarda belə hal olub. Bir turda 5 "sülh" isə bu çempionatda ilk dəfə bağlanıb.
Artıq "altılıq"dakı komandaların iştirakı ilə birinci mərhələdə keçirilməli olan və qızıl xallar baxımından əhəmiyyət kəsb edən 30 oyunun 29-u artıq başa çatıb. Yalnız "İnter" - "Neftçi" qarşılaşması qalıb ki, bu da fevralın 21-də keçiriləcək gələn tura təsadüf edəcək. 29 matçın nəticəsinə görə, "Qarabağ" birinci, "Xəzər-Lənkəran" isə ikinci pillədə qərarlaşıb. Çempionatın lideri "İnter" isə "altılıq" da hamıdan az xal itirib. Ehtiyatda 1 oyunu olan "bankirlər" potensial liderdir.

14:00. "Neftçi" - "Xəzər-Lənkəran" - 0:0
14:00. "Simurq" - "Olimpik-Şüvəlan" - 2:0
Qollar: Ruslan Qunçak, 17; Aleksandr Qolban, 42
Matçın 52-ci dəqiqəsində "Olimpik-Şüvəlan"ın hücumçusu İsmael Fransisko qırmızı vərəqə alaraq, meydandan qovulub. 85-ci dəqiqədə isə meydan sahiblərinin üzvü Tural Cəlilov komandasını azlıqda qoyub.
14:00. "Karvan" - "Bakı" - 1:1
Qollar: Xaqani Məmmədov, 52 - Fabio Luis Ramim, 20
Yevlax. Şəhər stadionu
14:00. "Standard" - "Turan" - 1:1
Qollar: Huqo Maçado, 54 (pen.) - Yevgeni Sayko, 69 (pen.)
Oyunun 88-ci dəqiqəsində "Turan"ın futbolçusu Yevgeni Sayko qırmızı vərəqə alıb.
14:00. "Muğan" - "Qəbələ" - 0:0
Matçın 45+1-ci dəqiqəsində 2-ci dəfə sarı vərəqə alan "Muğan"ın müdafiəçisi Tagim Novruzov komandasını azlıqda qoyub.
14:15. "Qarabağ" - "İnter" - 1:1
Qollar: Rəşad Kərimov, 22 - Robertas Poşkus, 60
+  -  Çap 
Yerləşdirilib: 18.02.10 | Baxılıb: 257

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •