Serj Sarksyanın prezidentlik müddəti başlayandan bəri dövlət idarəşiliyini yuxarı pillələrinə küçə kriminal elementlərinin doluşması cinayətkarlığın kəskin artmasına səbəb olub
Sirr deyil ki, Ermənistanda baş verən istənilən ictimai və sosial əhəmiyətli hadisə nəinki Rusiyadakı çoxmilyonlu erməni diasporunda, eyni zamanda Rusiyanın özündə də böyük əks-səda doğurur. Çünki, bizim ermənilərlə bağlılığımızın çoxəsrlik tarixi var. Müxtəlif versiyalara görə Rusiyada hazırda 800 min Ermənistan vətəndaşı ailəsini dolandırmaq, acından ölməmək üçün çalışır. Çünki, Ermənistan vəziyyət hədsiz ağırdır. Səbəb çoxdur. Demək olar ki, dövlət bürokratiyasının bütün pillələrində dövlətin maraqları tamahkar, acgöz, mənfəət güdən vəzifəli şəxslərin şəxsi maraqlarına qurban verilib, hüquq mühafizə orqanlarının, məhkəmə sistemi və parlamentin patronajlığı ilə görünməmiş mütəşəkkil cinayətkarlıq piramidası yaradılıb. Paralel olaraq rəsmi maliyyə-büdcə sistemində bacarıqla ört-basdır edilmiş, hüquqi don geyindirilmiş, dövlət büdcəsini dəfələrlə üstələyən kölgə iqtisadiyyatı üstünlük təşkil edir. Biz belə hesab edirik ki, Serj Sarksyanın prezidentlik müddəti başlayandan bəri dövlət idarəşiliyini yuxarı pillələrinə küçə kriminal elementlərinin doluşması cinayətkarlığın kəskin artmasına səbəb olub.
Bu yaxınlarda Rusiya mətbuatında “Miabanutyun” Erməni Milli Klubunun rəhbəri Smbat Qaraxanyanın açıqlaması yer almışdı. S.Qaraxanyan hesab edir ki, Ermənistanda əsl dövlət qurulmayıb. O dövlət ki, kimin rəhbərlik etməsindən asılı olmayaraq milli-dövlətçiliyi, ərazi bütövlüüyünü və sadə vətəndaşların maraqlarını müdafiə edə bilsin. “Hakimiyyət özü saxta yolla və güc vasitəsilə oliqarxlardan, kriminal ünsürlərdən və xarici əlaltılardan formalaşıb. Aydın məsələdir ki, bu qruplaşmalar öz ağalarının maraqlarına xidmət edirlər və onlar üçün kütlənin problemləri əhəmiyyətli deyil. Bu milli maraqların satılmasından tutmuş, təsərrüfat və maliyyə fırıldaqlarına, dramın (tədavüldə olan pul-red.) məzənnəsi üzərində qurulmuş oyunlarda, evlərə verilən məişət qazının oğurluğuna qədər bütün yaramazlıqlar bu sahələrə rəhbərlik edənlərin xidmət etdikləri qrupların maraqlarına satılıb.
Başqa cür necə ola bilər? Bir halda ki, hakimiyyətin yuxarı eşalonu ölkə maliyyə aktivlərinin və müəssisələrinin 95%-inə nəzarət edirsə necə olmalıdır? Bura insan alveri, qanunsuz fahişəxanaların saxlanılmasını da əlavə etmək olar. Bu mənada xaricdən böyük həə alınan kreditlərin taleyi və əsl təyinatını təsəvvür etmək çətin deyil”. “Bir ölkədəki siyasi və iqtisadi problemləri həll etməyin ən effektiv üsulu kriminal aləmlə, güc strukturlarının birgə səyindən istifadə etmək resurs kimi istifaə olunursa, bu ölkənin taleyi məlumdur. Burada sarkazm onunla güclüdür ki, bu qeyri-formal birləşmələr öz arsenalını kriminal özbaşınalığın ən pis metodları ilə doldurublar”-Qaraxanyan belə hesab edir.
Bizim qənaətimizə görə Ermənistandakı oliqarxik struktur və korrupsiya sxeminin özəlliyi cinayətkarlığın kütləvi xarakter almasındadır. Bundan başqa oliqarxlar, korrupsionerlər və kriminal mafiyadan təşkil olunmuş primidaya əslən Dağlıq Qarabağdan olan cinayətkarların rəhbərlik etməsi də az rol oynamır. Əslində kriminal klanın üzvlərinin heç də hamısı Qarabağdan çıxanlar deyillər, sadəcə aşağılar piramidanın yuxarıdan gələn əmrlərinə tabedilər, onların diqtə etdikləri ilə oynayırlar. Maraqlıdır ki, son 11 ildə Təhsil Nazirliyinə iki patiyanın ARF-Daşnakstyun və “Orinaç erkir” partiyalarının nümayəndələri rəhbərlik ediblər. Ona görə də təbii olaraq bu ölkənin yüksək çinlilərinin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə haqda dedikləri vətəndaşlar arasında nifrət və acı gülüş doğurur. Məhz bu iki partiya ölkədə korrupsiyaya qarşı mübarizədən başqalarına nisbətən daha çox danışırlar. Təhsillə bağlı olan maraqlar qrupu təkcə bir sahədə deyil, başqa sahələri də nüfuz altında saxlaya bilirlər. Belə ki, son 12 ildə bu qrup tərəfindən iki spiker və başqa yüksək vəzifələrə şəxslərin namizədliyi irəli sürülüb (Armen Xaçatryan, 1999-2003-cü illərdə spiker olub, indi Ukraynada səfirdir, Artur Bağdasaryan 2003-2006 illərdə bu vəzifədə olub, 2008-ci ildən Təhlükəsizlik Şurasının katibidir, keçmiş təhsil naziri Serqo Eritsyanı bu qrup irəli sürüb, 2003-2007-ci illərdə parlamentin təhsil komissiyasının sədri olmuş Qranuş Akopyan indi diaspor məsələri üzrə nazirdir). Xatırladaq ki, keçmiş SSRİ respublikalarındn yalnız Ermənistanda korrusiyaya qarşı mübarizə haqqında qanunvercilik sənədi yaradılmayıb.
Ermnəni oliqarxları öz pullarını və çirkli yolla əldə edilmiş vəsaitləri ənənəvi ölkələrə- İsveçrə, Kipr, Livan, BƏƏ, Lixtenşteyn, Hernsi adası (Böyük Britaniya) yatırırlar. Lakin qeyri-ənəvi ölkələr də var. Bu sırada Cənubi Avropa və Balkan ölkələri (Xorvatiya, Qaradağ, İtaliya, Bolqarıstan, Rumıniya və Yunanıstan), İsrail (“Apoalim” bankı), hətta Türkiyə, Latın Amerikası ölkələri (Argentina və Beliz) və s. ölkələrin adlarını çəkmək olar.
Mətbuatın yazdığına inansaq ABŞ xüsusi xidmət orqanları öz ölkələrində Ermənistandan olan korrupsioner məmurlar və oliqarxlar tərəfindən çirkli pulların yuyulması faktları qeydə alınıb.
Dediklərimizi ayırd etməzdən öncə “Forbs-Armenia” jurnalının ilk nömrəsində dərc olunan bir məqaləyə diqqət yönəltmək istərdik. Jurnalın bu nömrəsi 2006-cı ilin dekabrında nəşr olunub. Jurnal Ermənistanın ən varlı adamlarının ilk onluğunu dərc etmişdi. Sizin diqqətinizə həmin siyahını və həmin şəxslərin tutduqları vəzifələri çatdırırıq.
1. Qaqik Çarukyan- “Multi Qrup” Konserninin rəhbəri, “İnkişaf edən Ermənistan” partiyasının üzvü;
2. Armen Avetisyan – Gömrük Komitəsinin sədri
3. Mixail Bağdasarov- “MİKA” şirkətinin prezidenti və “Armavia”nın rəhbəri
4. Qrant Vardanyan- “Qrand Tobaqo” və “Qrand kendi”-nin prezidenti
5. Sukiasyan ailəsi- “SİL” Konserni
6. Yervand Zaharyan-İrəvan meri
7. Robert Köçəryan –Ermənistan prezidenti
8. Serj Sarkisyan- Müdafiə naziri
9. Andronik Manukyan –Nəqliyyat və Rabitə naziri
10. David Arutunyan -ədliyyə naziri
Diqqət yetirdinizsə, siyahıda olanlardan 6 nəfər dövlətdə rəhbər vəzifə tuturlar və yalnız “əmək haqqı” hesabına bu siyahya düşüblər.
Hazırki sistemin banisi, kemiş prezident Robet Köçəryan az müddət ərzində “xarüqələr” yaradan prezident kimi tarixə düşdü desək yanılmarıq. Kiçik dövlətdə böyük imkanları belə az vaxtda öz əlində cəmləşdirmək hər adama nəsib olmur. Bizdə olan məlumatlara görə hakimiyyətdə olduğu müddətdə Köçəryan aşağıdakı sahələrdən gəlir əldə etmiş və ya onlara nəzarət etmişdir:
- vergi sektoru
- telekamunikasiya
- tikinti biznesi
-qaz təchizatı
- qiymətli daşlar
- ixrac məhsulları (30-40%)
- mineral ehtiyatlar
-kommunikasiya və nəqliyyat sektoru
Bizim hesablarımıza görə Köçəryan ailəsinin aktivləri 4 mlrd. dollardan yuxarı qiymətləndirilir.
Hazırki hakimiyyət isə aşağıdakı sahələrə nəzarət edir:
- gömrük
- benzin, dizel yanacağı
- metal və metal tullantılarının ixracı
- qızıl məmulatlarının idxalı
- aviadaşınmalar və aviaşirkətlərə nəzarət
- idxal məhsulları (bəzi məlumatlara görə 35%- 45%).
Yeri gəlmişkən qeyd olunmalıdır ki, Ermənistan ərazisindən böyük narkotik tranzit xətti keçir. Bu xətt Ermənistanın cənub sərhədlərindən İrəvan dəmiryol vağzalına və hava limanına, oradan Gümrüyə, sonra Gürcüstana, oradan isə Ukraynaya daşınır. Bəzi məlumatlara görə Novorossiysk və Anapadan keçməklə Avropaya da gedən narkotranzit var. Təbii ki, belə böyük ticarətin qarşısında qızıl və brilyant qaçaqmalçılığı kiçik görünə bilər. Emal olunmamış qiyməti daşların bu ölkə ərazisinə qaçaqalçılıq yolu ilə Suriya, Kipr, Bolqarıstandan gətirilir. Mütəxəssislər belə qənaətdədilər ki, qaçaqmalçılıq yolu ilə gətirilən qiymətli daşlar dövlət xətti ilə gətirilən malları dəfələrlə üstələyir.
Onu da qeyd edək ki, 150-yə yaxın erməni ekvatorial musson və subekvatorial iqlimə çətinliyinə baxmayaraq silah gücünə Afirka cəngəlliklərində (Nigariya, Namibiya) işlədilirlər. Bu silahlı qruplaşma isə Köçəryanın oğluna məxsus şirkətin döyüşçüləridilər.
Bu ölkədə mülkiyyəti əlindən alınmış onlarla, yüzlərlə müəssisə var. Vaxtilə “Trud” qəzeti yazırdı ki, “qara siyahıya” düşmüş şirkətlər arasında kifayət qədər tanınmış və normal biznes strukturları da var. Onlar hakimiyyətin diqtəsi ilə oturub-durmadıqları üçün indiki aqibətlərini yaşayırlar. Bunlardan QSC “Bazalt”, “Aqrineks” parnik təsərrüfatı, “Motel Sevan”, “Sevan-2” mehmanxana kompleksi, “İntermotor-Mercedes Mərkəzi”, “Tikiş fabriki”, Qafan Dağ Mədən Kombinatı, İrəvan Kimyəvi Reaktivlər Zavodu, 1 və 7 saylı İrəvan Bazarları, “Vanna Liç” istirahət mərkəzi də var.
Yixarıda qeyd olunanları konkretləşdirmək “Miabanutyun” Erməni Milli Klubunun rəhbəri Smbat Qaraxanyan bəyan edib: “Tam əminliklə Ermənistan rəhbərlərinin hansı sahələrə rəhbərlik etdiklərini açıqlaya bilərəm” deyib:
Eks-prezident Robert Köçəryan
- “Artsaxbank”, MAP(50%), “Armeksimbank” (həmtəsisçi), “Unibank” (həmtəsisçi), “ABB Bank” (həmtəsisçi), “Renko Construction”, “Zəngəzur Mis Molibden Kombinatı”, “Ardşininvestbank” (50%-dən yuxarı), “Konvers-bank”(30-50%), “Kaputan-Sevan Kompleksi” (Artak Voskanyanla birgə), “Nairi” Tibb Mərkəzi (Səhiyyə naziri Arutun Kuşkanyanla şərik), “Emporio Armani”, “Stefano Ricci” və s. brendləri, “BiŞin” Tikinti Şirkəti, “Dauntaun Erevan” tikinti Şirkəti (oğlu Sedrak Köçəryan), “H2” teleşirkəti ( Samvel Mayrapetyan və indiki baş nazirin müavini Armen Gevorkyanla şərik), “SAS” mağazalar şəbəkəsi (Armen Gevorkyanla şərik), “STAR” mağazalar şəbəkəsi (30%-i böyük oğlu Sedrak Köçəryana aiddir), “Noy” Konyak-Çaxır Kombinatı (Qaqik Çarukyanla şərik), “Zvartnots” Aeroportu (30 illik müqavilə ilə Argentina vətəndaşı Eduardo Ernekyanla verilib, 30% ortaqlıq), “ARMpoçt” (böyük oğlu Sedrakla Argentina vətəndaşı Eduardo Ernekyanın ortaqlığı), mobil telefon idxalı (80%), Moskva şəhərində böyük Ticarət mərkəzi (Samvel Karapetyanla ortaqlıq), Moskva şəhərində kazino (Şakro ilə şərik), “Toyota”-nın Ermənistan nümayəndəliyi. Bundan başqa Köçəryan Rusiyada fəaliyyət göstərən “Sistema” Maliyə Komlpeksinin Direktorlar Şurasının üzvüdür.
Vaxtilə nəzarətində saxladığı aktivlər:
«K Telekom” ( “VivaCell” Ticarət markası), 1870 ha sahəsi olan aqro müəssisə, “Golden Palace Hotel” (real rəhbəri Sedrak Köçəryan olub), “Araratsement”, “Konversbank”. “Konversbank” az müddət öncə ABŞ xüsusi xidmət orqanlarının çirkli pulların yuyulması (800-900 mln dollar) və digər maliyyə maxinasiylarına görə diqqət mərkəzinə düşüb. Bu əməliyyatları isə terrorizmə dəstək verən firma və şirkətlər tərəfindən həyata keçirildiyi üçün böyük qalmaqal qopdu. Bundan sonra bankın prezidenti Nəsibyan istefa verdi və bankın aktivləri digər şərik Ernekyana satıldı.
Prezident Serj Sarkisyan (o cümlədən qardaşı Aleksandr və kürəkəni Mikael Minasyanın varidatı)
-“Fləş” şirkəti (Barseq Beqlaryanla şərik), yanacaqdoldurma məntəqələri, Dağlıq Qarabağda 3 çaxır zavodu (Xankəndi, Xocavənd və Karmir Şuka),
“Ararat” Bank, “Ararat” restoranlar şəbəkəsi, “MİKA” şirkəti, “Armavia” aviaşirkəti, yanacaq, benzin, aviakerosin inhisarı, “MİKA” futbol klubu, “MİKA sement”, “MİKA house” İnşaat Şirkəti, Mokvada otel-restoran komleksi, Londonda xüsusi mülk, VTB Bank (zor gücünə, təzyiqlə 300 min dollara alınıb, sonra 28 milyon dollara satılıb),”Cazve” kafelər şəbəkəsi. Məlumat üçün qeyd edək ki. Sərkisyan müdafiə naziri vəzifəsində işlədiyi zaman Bolqarıstan istehsalı olan atıcı silahların üçüncü ölkələrə satılmasında vasitəçi rolu oynayıb. Hazırda “Armen Akob” və “AY TV” teleşirkətlərinə kürəkəni M. Minasyan rəhbərlik edir.
Şərhlər artıqdır...
Belə dövlət sistemində hansı inkişafdan söhbət gedə bilər?”-bu sualı erməni Smbat Qaraxanyan verir.
Ardı olacaq...
İqor Petrov
versia.ru
Müxtəlif versiyalara görə Rusiyada hazırda 800 min Ermənistan vətəndaşı ailəsini dolandırmaq, acından ölməmək üçün çalışır. Çünki, Ermənistan vəziyyət hədsiz ağırdır. Səbəb çoxdur. Demək olar ki, dövlət bürokratiyasının bütün pillələrində dövlətin maraqları tamahkar, acgöz, mənfəət güdən vəzifəli şəxslərin şəxsi maraqlarına qurban verilib, hüquq mühafizə orqanlarının, məhkəmə sistemi və parlamentin patronajlığı ilə görünməmiş mütəşəkkil cinayətkarlıq piramidası yaradılıb