Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Qaz partlayışlarında günahkar kimdir?
Aidiyyəti strukturlar əhalinin məsuliyyətsiz davrandığını deyir    

Son dövrlər müxtəlif yaşayış və qeyri-yaşayış binalarında, fərdi mənzillərdə təbii qazdan baş verən partlayışlar, dəm qazından zəhərlənmə və ölüm halları gündəmin əsas və həyəcan doğuran mövzusuna çevrilib.  Ən dəhşətlisi odur ki, hər gün bu cür bədbəxt hadisələrin baş verməsinin şahidi oluruq. Qeyri-rəsmi statistikaya görə,  ölkəmizdə 200-dən artıq zəhərlənmə faktı qeydı alınıb, bunlardan 63-ü ölümlə nəticələnib. Baş prokuror Zakir Qaralov da bu yaxınlarda keçirdiyi kollegiya iclasındakı çıxışında problemə toxunaraq  son dövrlərdə qaz istehlakçılarının təhlükəsizlik qaydalarına əməl etməmələri, texniki normativlərə cavab verməyən qızdırıcılardan istifadə olunması və bu məsələlərdə səlahiyyətli orqanlar tərəfindən zəruri nəzarətin həyata keçirilməməsi səbəbindən qaz sızması və partlayışı, dəm qazından ölümün və sağlamlığa zərər vurulması hallarının artdığını bildirib.  Baş prokuror qaz təchizatı sahəsində fəaliyyət göstərən, bu sahəyə dövlət nəzarətini həyata keçirən müvafiq icra strukturları və dövlət təsisatları ilə əlaqəli şəkildə bütün təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, mütəxəssislərin iştirakı ilə hadisələrin başvermə səbəblərini doğuran halların aradan qaldırılması ilə bağlı tapşırıq verib. Bəs insanların həyatında facıə yaradan bu cür hadisələrin qarşısının alınması üçün əlaqədar qurumlar hansı addımları atır?
“Azəriqaz”IB-nin təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəis müavini Kamal Haqverdiyev baş verən hadisələrdə əhalinin günahkar olduğunu bildirib. Onun sözlərinə görə, ötən ilin oktyabr ayından “Azəriqaz” İB-də qərargah yaradılıb və tədbirlər planı əsasında respublika üzrə qaz partlayışları, dəm qazından zəhərlənmə və ölüm halları və s. səbəblər araşdırılır. “Baş verən ölüm hallarının əksəriyyəti vətəndaşların hamam otaqlarında baş verir. Çünki hamam otaqlarında tüstü-baca və ventilyasiya sistemi yoxdur. Həmçinin hamam otaqlarının plastik qapılarla təchiz olunması yolverilməzdir. Çünki bu qapılardan hava daxil olmur, nəticədə oksigen çatışmazlığından bədbəxt hadisələr baş verir”. K.Haqverdiyevin sözlərinə görə, ümumiyyətlə, 1975-ci ildən sonra tikilən binaların hamısında eyni problem yaşanır.
“Azəriqaz”İB-nin rəsmisi baş verən qəzaların digər səbəbini vətəndaşların yaşadıqları mənzillərdə texniki baxışa şərait yaratmamalarında görür. Onun bildirdiyinə görə, gələcəkdə baş verəcək qəzaların qarşısını almaq üçün KİV vasitəsi ilə maarifləndirmə işləri aparılır.
K.Haqverdiyev əhaliyə verilən qazın tərkibinin standartlara uyğun olmaması ilə bağlı yayılan söz-söhbətlərə də aydınlıq gətirərək bunların əsassız  olduğunu bildirib: “Bilirsiniz ki, Dövlət Neft Şirkəti bir neçə xarici dövlətə qaz satır. Əgər həmin qazın tərkibi standartlara cavab verməsə, onu heç kəs almaz. Bundan əlavə, Qaz Emalı Zavodunda qazın tərkibi təmizləndikdən sonra qaz paylayıcı stansiyalara, daha sonra istehlakçılara ötürülür.  Şirkətin laboratoriyalarında qazın tərkibi hər gün yoxlanır”. K.Haqverdiyev  təbii qazdan baş verən zəhərlənmə və ölüm halları, eləcə də qaz partlayışları ilə baglı rəsmi statistikanı şirkət rəhbərliyinin icazəsi olmadan açıqlamaq hüququnun olmadıgını deyib.
Baş verən bədbəxt hadisələrə ekspertlərin rəyi isə fərqlidir. Belə ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov baş verən bədbəxt hadisələri qaz cihazlarının standartlara uyğun olmaması, əhalinin qaz cihazlarından düzgün istifadə etməməsi, bu yöndə maarifləndirici reklam və verilişlərin təşkil olunmamasında və ölkəmizdə istehlakçı siyasətinin yoxlugunda görür.
Bəzi ekspertlər isə belə hadisələrin qarşısının alınmasının o qədər də asan olmadığını bildirirlər. Onların sözlərinə görə, xüsusən yeni tikilən binaların əksəriyyətində vahid istilik sistemi yoxdur. Nəticədə vətəndaşlar mənzillərini fərdi şəkildə isitmək məcburiyyətində qalaraq bir çox halda standartlara uyğun gəlməyən istilik sistemləri, sobalar quraşdırırlar ki, bu da hər hansı ehtiyatsızlıq ucbatından yanğına və ya partlayışa səbəb olur.
Qaz sobalarından ölüm halları və partlayışların baş verməsinə gəlincə, E.Hüseynov bildirib ki,  bu sobaların heç də hamısı keyfiyyətsiz deyil. Sadəcə, İran sobaları bazarda geniş yayıldığından məsuliyyəti bu cizahların üzərinə atırlar.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov isə ötən həftə YAP qərargahında keçirilən mətbuat konfransında qaz sobaları ilə bağlı aparılan monitorinqlərin nəticələring toxunaraq bildirib ki, araşdırmalar nəticəsində standartlara uyğun olmayan 156 qaz sobası satışdan çıxarılıb. Qaz cihazlarından ölüm hallarının baş verməsinə də toxunan R.Həsənov hesab edir ki, buna səbəb qaz cihazlarına müdaxilə və bəzi cihazlarda havalandırma sisteminin düzgün qurulmamasıdır. Mağazalarda satılan qaz cihazlarının 80 faizinin standartlara uyğun olduğunu deyən komitə sədri hesab edir ki, ölkədə hasil olunan qazın keyfiyyətində ciddi problemlər yoxdur.


Təranə
+  -  Çap 
Yerləşdirilib: 17.02.10 | Baxılıb: 274

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •