Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Münaqişəsinin nizamlanması gedişini nikbin qiymətləndiririk"
Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi və xarici işlər naziri Kanat Saudabayev Yerevanda bəyan edib

"Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının gedişini nikbin qiymətləndirir". Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi və xarici işlər naziri Kanat Saudabayev Yerevanda bəyan edib.
"Biz nizamlanma prosesinə əlimizdən gələn təkanı vermək niyyətindəyik. Lakin əminik ki, münaqişənin həlli tərəflərin öz əlindədir" - deyə K.Saudabayev Ermənistan XİN başçısı ilə birgə mətbuat konfransında bildirib.
"Biz Qarabağ münaqişəsinin nizamlanması prosesinə ehtiyatlı nikbinlik hissi ilə yanaşırıq" - deyə ATƏT sədri qeyd edib. Onun sözlərinə görə, vəziyyətin nizamlanmasına yönəlmiş hər bir tədbir dəstəklənməli və gerçəkləşdirilməlidir. "Bu, həm də münaqişə tərəflərinin qoşunlarının təmas xəttindən snayperlərin çıxarılmasına da aiddir" - deyə K.Saudabayev vurğulayıb.
Onun sözlərinə görə, ATƏT danışıqlar prosesinə əlindən gələn impulsu vermək istəyir: "Bununla belə əminik ki, münaqişənin həlli onun birbaşa iştirakçılarının əlindədir. Digər iştirakçılar isə - köməkçilərdir, xalqlara böyük zərbə vuran, regionun inkişafına mane olan münaqişənin dinc yolla həllinə səmimi kömək göstərmək istəyənlərdir. Münaqişənin həlli ilə bağlı bizim ehtiyatlı optimizmimiz var". ATƏT sədri Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlmiş konkret addımları da alqışladığını deyib.
Öz növbəsində Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Madrid prinsiplərinin yeniləşmiş variantı üzrə təkliflər hazırlama prosesindədir: "Masada bir ildir ki, Azərbaycanın danışıqlarda əsas kimi qəbul etməkdən imtina edən Madrid prinsipləri var. Azərbaycan tərəfi dəfələrlə ümumiyyətlə belə sənədin olmadığını deyiblər. Soçidə razılıq əldə olunub ki, tərəflər yeniləşmiş Madrid prinsiplərinə dair öz təkliflərini verməlidir. Azərbaycan tərəfi də bunu etməlidir və müzakirələr bundan sonra davam edəcək". Qeyd edək ki, ötən gün xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan tərəfi yeniləşdirilmiş Madrid təkliflərini ümumilikdə qəbul edir.
Yeri gəlmişkən, ATƏT-in fəaliyyətdə olan sədri Yerevanda Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla da görüşüb. Separatçı rejimin lideri mətbuat konfransında bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakının mövqeyi, o cümlədən, problemin ərazi bütövlüyü prinsipi əsasında nizamlanması müzakirə edilib. Bako Saakyan vurğulayıb ki, münaqişənin həllinin ərazi bütövlüyü prinsipi müstəvisindən beynəlxalq hüququn müzakirəsinə yönəldilməsini təklif edib. O, bu mücərrəd istiqaməti konkret açıqlamasa da, deyib ki, bu yanaşma ilə danışıqlar prosesində müəyyən irəliləyişlərə nail olmaq, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yaxınlaşmaq mümkündür.
Qeyd edək ki, ATƏT sədri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla da görüşüb. Erməni saytlarının yaydığı xəbərə görə, görüş ATƏT-in Yerevan ofisinin rəhbəri, səfir Sergey Kapinos və Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresinin nümayəndələrinin iştirakı ilə "Qolden Pelese" mehmanxanasında keçirilib.
ATƏT sədri Ermənistandan Gürcüstana yola düşüb.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 17.02.10 | Baxılıb: 982

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •