Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Qavqazda sülh üçün mühüm qərarların qəbul edilməsi vacibdir
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib

Prezident İlham Əliyev fevralın 15-də Qazaxıstanın dövlət katibi-xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AzərTAc-ın məlumatına görə, əvvəlcə dövlət başçısının Qazaxıstanın dövlət katibi-xarici işlər naziri Kanat Saudabayev ilə görüşü olub. Qazaxıstanın ATƏT-ə sədrliyini əlamətdar hadisə kimi dəyərləndirən prezident İlham Əliyev bu münasibətlə təbriklərini çatdırıb. Dövlət başçısı Qazaxıstanın ATƏT-ə sədrlik edəcəyi 2010-cu ildə müsbət istiqamətdə ciddi dəyişikliklər olacağına əminliyini bildirib.
Sonra görüş geniş tərkibdə davam etdirilib. ATƏT-ə rəhbərliyin mühüm missiya olduğunu vurğulayan Prezident İlham Əliyev Qazaxıstanın sədrliyi dövründə ATƏT-in Avropada təhlükəsizliyin möhkəmlənməsi işində əsaslı və müsbət irəliləyişlərə nail olunacağına əminliyini bildirib. Dövlət başçısı Qazaxıstanın ATƏT-ə sədrlik edən ölkə kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması işində fəal surətdə iştirak edəcəyinə inandığını bildirərək, 2010-cu ildə münaqişənin həll olunması işində ciddi irəliləyişlərə nail olunacağına ümid bəslədiyini deyib. Prezident İlham Əliyev qeyd etdi ki, bu münaqişənin həlli və Qafqazda sülhün bərqərar olunması üçün möhkəm siyasi iradənin göstərilməsi və mühüm qərarların qəbul edilməsi vacibdir.
Kanat Saudabayev Qazaxıstanın ATƏT-ə sədrliyi dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prioritet məsələlərdən biri olacağını deyib.
+  -  Çap 
Yerləşdirilib: 16.02.10 | Baxılıb: 325

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •