Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Yalançı mərhəmət
Və yaxud xeyriyyəçilik yalnız reklam məqsədi daşıyırsa

Əvvəla ondan başlayaq ki, xeyriyyəçilik nədir? Bu, insanlıqdan doğan duyğu, yoxsa qarşıya qoyulan məqsəddir? Ya bəlkə özünüreklam yestidir? Biznes terminləri lügətində mesenantlıq hec bir təmənna güdmədən öz vəsaiti hesabına elm və incəsənətin inkişafına və imkansız adamlara kömək etməkdir.
İnkişaf etmiş, varlanan ölkələrdə zəngin insanlar öz vəsaitlərini daha çox xeyriyyə məqsədilə xərcləyirlər. Bu barədə KİV-də tez-tez müxtəlif informasiyalara rast gəlinir. Hollivud ulduzu Denzel Vaşinqton "İzvestiya" qəzetinə müsahibəsində müxbirin "Siz pullarınızı niyə israfçılıqla xərcləyirsiniz?" sualına "Mənim hər şeyim var". Sonra da qolundakı saatı göstərərək: "Bundan bahalısını almayacağam ki?" - deyə cavab verib. Hollivud tarixində belə misallar istənilən qədərdir. Pop kral Maykl Cekson müğənnilər arasında ən nəhəng filantrop sayılırdı. Harald Elfond Men ştatının 2009-cu il yanvarın 1-dən sonra dünyaya gələn hər bir sakininin kollecdə qrant ala bilməsindən ötrü öz fondunun büdcəsinə 360 milyon dollar pul köçürüb.
Amerikada ən fəal filantroplardan sayılan məşhur biznesmen Maykl Blumberq son 5 ildə xeyriyyə məqsədilə 800 milyon dollar xərcləyib. Ceyms Sorensenun öz xeyriyyə fonduna vəsiyyət etdiyi 4,5 milyard dollar uşaqlara kömək üçün, tibb və təhsil proqramlarının həyata keçirilməsinə və varislərinə çatacaq.

Haiti nümunəsi

Bu gunlərdə müsiqi aləmində ən ünlü mükafat sayılan "Qremmi"nin təqdimetmə mərasimində 6 mükafata birdən layiq görülən pop ulduz Beyonseni də sözün həqiqi mənasında xeyriyyəçi saymaq olar. "Qremmi" tarixində rekordçu sayılan ulduz okeanı adlayaraq Sinqapurda konsert verməyə gəlib. Maykl Ceksonun xatirəsinə həsr olunan konsertdə ən təsiredici məqam açıq havada toplaşan minlərlə insanin aglaması olub. Müğənni balaca bir qızı səhnəyə çagırıb. Məlum olub ki, qan xərçənginə tutulan qızcığaz müğənninin pərəstişkarıdır. Beyonse də bir qitədən digər qitəyə - sagalmaz xəstəliyə düçar olan o balaca qızın könlünü oxşamaq üçün gəlib. Sonradan pop ulduzun həmin konsertdə ifa etdiyi "Noul" mahnısı hitə çevrilərək "Qremmi" qazanib. Musiqinin ən ünlü mükafatını qazanan mahnı ölməkdə olan, həyat işığı axtaran insanın taleyindən bəhs edirdi. Bax, budur xeyriyyəçilik! Budur insanlara verilən mənəvi qida!
İndi də dünyanın məşhur ulduzları Haitidə baş verən zəlzələdən zərər çəkənlərə yardım üçün bir araya gəliblər. Hollivud ulduzlari konsert keçirib. Məşhur futbol klubları "Barselona" ilə "Real" xeyriyyə matçı keçirməyə hazırlaşır. Bundan əlavə, hər iki klub Haitiyə maliyyə yardımı edib. "Kral klubu" faciə vaxti dağılan məktəblərin bərpasına, "Barselona" isə səhiyyə və təhsil sahəsinə vəsait köçürüb. Hər iki komanda Haitinin paytaxtı Port-o-Prensdə futbol məktəbləri də açıblar. Klublar arasındakı yoldaşlıq görüşü isə həmin xeyriyyəçiliyin davamı olacaq.

Keçmiş kişilər

Vaxtilə bizdə də xeyriyyəçilik yönündə xeyli iş görülüb. Məsələn, illər keçməsinə baxmayaraq, Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçiliyindən hələ də danışılır. Keçmiş günlərini unutmamaq üçün köhnə kürkünü başının üstündə asan Hacı qazandığı pulları xalqın balalarının təhsil almasına, məktəblərin tikintisinə sərf edirdi. Nəvəsi Səfiyyə danışırdı ki, Hacı bu işlərdən zövq alırdı.
Digər Bakı milyonçusu Ağamusa Nağıyev də elecə. Bu gun Bakının memarlıq simasını bəzəyən 98 binanı milyonçu şəxsi vəsaiti hesabına tikdirib. Milyonçuların haqlarında yazılan kitablardan və qohum-əqrəbalarının söhbətlərindən məlum olur ki, onlar xeyriyyəçiliyi hec də reklam olunmaq üçün etməyiblər. Bunu xalq yolunda özlərinin mənəvi borcu biliblər. Yoxsa adlari tarixdə əbədiləşməzdi.
Təəssüf ki, bu gün belə nümunələrə rast gəlmək olmur. Bu gün ölkədə yeganə olaraq xeyriyyə tədbirləri Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir. Fond respublikanın ayrı-ayrı şəhər və rayonlarında məktəblər açır, kimsəsiz uşaqlara qaygı göstərir, əlillərə yardım edir və s. İmkanlı adamlar isə daha çox öz ciblərinə xidmət etməyə üstünlük verirlər. Bu gün bəlkə də ölkəmizdə Hacı Zeynalabdin Tagıyevdən, Agamusa Nağıyevdən, Murtuza Muxtarovdan da varlı insanlar var. Ancaq onlar qazandıqları pullardan bir qəpik də yetim-yesirə vermək niyyətində deyillər. Bu gün bizim cəmiyyətdə xeyriyyəçilik yalnız reklam xarakteri daşıyır. Onlar üçün xeyriyyəçilik bir bağlama yemək götürüb telekanalları cəlb etməklə uşaq evinə, qocalar evinə getməkdir. Sonra da mətbuata müsahibələrində ağızdolusu "xeyriyyəçilik"lərindən danışırlar. Ancaq hədislərdə yazılıb ki, "Bir əlin verdiyini o biri əl bilməməlidir". Bu xeyriyyəçilik "Allaha rüşvət"dən başqa bir şey deyil. "Xeyriyyəçilik" edib adlarının hallandırılmasını istəməyənlər də bunu ürəkdən etmirlər. Ona görə adlarını hallandırmaq istəmirlər ki, birdən kimsə deyər ki, bunun imkanına bax, hələ "xeyriyyəçilik" də edir. Bəzən də qapılarına mərhəmət üçün gedənlərə cüzi nə isə edirlərsə, bunu Allahdan qorxduqları üçün edirlər ki, birdən ziyanını çəkərlər. Amma bunu özlüklərində əliaçıqlıq kimi dəyərləndirirlər. Onlar başa düşmürlər ki, xeyriyyəçilik insanın içindəki ədalətdir. Xeyriyyəçilik hər bir insanın xeyirxah əməllər etmək tələbatıdır. Xeyriyyəçilik "Mən yeyirəm, bəs mənim qonşum" nigarançılığıdır. Xeyriyyəçilik az qala nəticələri üçün alınan evlərin qapısına vurulan kilid deyil. Xeyriyyəçilik evləri buldozerin ağzına verilən, sökülən daxmalarının haqqı düz ödənilməyən, məhkəmələrin ən populyar araşdırmasına çevrilən bədbəxt insanların haqlarını yeyib 100-cü mənzillər almaq deyil.

Sponsorlar

Keçmiş mesenantları müasir dövrdə sponsorlar əvəz edib. Onlar da incəsənətin "inkişafı" naminə xoşlarına gələn müğənnilərə geninə-boluna pul xərcləməkdən çəkinmirlər. Görünür, cəmiyyətin ən kasıb təbəqəsi elə müğənnilərdir və onların maddi dəstəyə hamıdan çox ehtiyacı var.
Belə götürəndə bizim müğənnilər heç də Hollivud ulduzlarından pis qazanmırlar. Bəlkə də bu müqayisə hansısa mənada düz deyil. Amma aralarında 3 milyonluq bağ evində yaşayan, 500 min dollarlıq maşında gəzən, yüksək gəlirli bizneslə məşgul olanları varsa, nədən müqayisə yanlış olsun? Amma nə üçün onlar da bir araya gəlib belə xeyriyyə konserti vermirlər? Heş onlardan belə təşəbbüs də eşidilmir. Bir ara Elza Seyidcahan küy saldı ki, Ramazan ayında Hacılar və Hacıxanımlar üçün konsert verib yığılan pulu xeyriyyəçilik məqsədi ilə xərcləyəcək. Daha doğrusu, Xızıda məsçid tikdirəcək. Amma nə konsertdən soraq çıxdı, nə də məsciddən. Elza xanım az qala heyvanlar üçün keçirdiyi konsertinə də xeyriyyəçilik donu geyindirməyə çalışırdı.
Xeyriyyəçiliyin nə demək olduğunu bilməyən və öyrənib tətbiq etməyə can atmayan müğənnilərimizin başı hələlik öz reklamlarına və süni qalmaqallara qarışıb. Bir də bizim mügənnilər gələcəkdə fəxri adlarını təmin etmək üçün dövlət konsertlərinə, bir də xaricdə keçirilən Mədəniyyət Günlərində iştirak etməyə can atırlar. (Tanışlarımdan birinin danışdığına görə, ərəb ölkələrindən birində keçirilən Mədəniyyət Günlərinə qatılan mügənnilərimiz gözləri doymayacaq dərəcədə qızıl-zinət əşyaları alırmışlar).
Yəqin ki, başları alverdən və didişmələrdə ayılanda onlar da xeyriyyəçilik haqqında düşünəcəklər. İclərində mərhəmət olmasa da, heş olmasa Allahdan qorxub bu addımı atacaqlar. Həm də təkcə onlar yox, imkanlı admların hamısı. Bir yetimin başına əl şəkib, bir kasıb qəlbi sevindirmək haqqında düşünəcəklər...


Təranə
+  -  Çap 
Yerləşdirilib: 16.02.10 | Baxılıb: 237

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •