Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ərdoğan-Klınton görüşündə qalmaqal
Türkiyə baş nazirinin xarici siyasət məsələləri üzrə baş məsləhətçisi Fuat Tanlay və ABŞ-ın Qətərdəki səfiri Cosef LeBaron arasında insident yaşanıb

Qətərdə keçirilən ABŞ-İslam Forumunda iştirak etmək üçün bu ölkəyə gedən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ikitərəfli görüşlər keçirib. "haberturk.com" saytının yaydığı məlumata görə, Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Hillari Klintonla da bir araya gəlib. Görüşə xarici işlər naziri Əhməd Davudoğlu da qatılıb. Görüş 20 dəqiqə nəzərdə tutulsa da, 1 saatdan çox çəkib. Görüşün uzanması diplomatik qalmaqala yol açıb. Hillari Klintonun Qətər əmiri ilə görüşə gecikdiyini bildirən ABŞ-ın Qətərdəki səfiri Cosef LeBaron türk diplomatik heyətinə müraciət edib, baş nazir və xarici işlər nazirinə görüşü bitirməsi üçün xəbər göndərilməsini istəyib. Türk diplomatlar və protokol işçiləri görüşə müdaxilə etmək istəməyiblər. Hirslənən Cosef LeBaron mühafizəçiləri keçərək görüşün keçirildiyi otağın qapısını yumruqlamağa başlayıb. Türk diplomatlar ona müdaxilə etməyə çalışıblar. Cosef LeBaron isə "siz önəmli deyilsiniz, Qətər əmiri daha önəmlidir" - deyərək qışqırmağa başlayıb. Bu zaman Türkiyə baş nazirinin xarici siyasət məsələləri üzrə baş məsləhətçisi Fuat Tanlay və Cosef LeBaron bir-birlərinin boğazlarından tutublar. Fuad Tanlay ABŞ səfirinə bildirib ki, o, Türkiyəyə həqarət edə və burada kimin böyük, kimin kiçik olduğuna hökm edə bilməz. Diplomatlar iki səfiri aralayıblar. Çöldə yaşanan diplomatik qalmaqal və ABŞ səfirinin hərəkətləri içəridə eşidilsə də, Rəcəb Tayyib Ərdoğan və Hillari Klinton görüşü dayandırmayıblar. Görüşdə isə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun İrana ziyarəti, ABŞ-ın Tehrana çatdırılacaq mesayları müzakirə olunub. Eyni zamanda Ermənistan, Kipr, Fələstin, İraq məsələləri və terrorla mübarizəyə də görüşdə xüsusi yer ayrılıb. Rəcəb Tayyib Ərdoğanın Hillari Klintonla görüşdə Türkiyə-Ermənistan protokollarından söz açdığını, Ermənistan Konstitusiya Məhkəməsinin qərarının prosesi ləngitdiyini söylədiyini bildirib. Baş nazir bildirib ki, Ankara Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Qafqazda sülh prosesinin bərqərar olması çərçivəsində görür. Rəcəb Tayyib Ərdoğan ATƏT-in Minsk qrupunun fəallaşmasını zəruri sayıb. Yeri gəlmişkən, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-a növbəti səfərə hazırlaşır. "Nyus.am" saytının yaydığı xəbərə görə, o, "Nüvə təhlükəsizliyi" mövzusunda dinləmələrə qatılacaq. Ağ Ev tərəfindən təşkil olunacaq tədbirdə Rusiya və Fransa prezidentləri Dmitri Medvedyevlə Nikola Sarkozinin də iştirakı nəzərdə tutulub. Türkiyənin "Akşam" qəzeti isə yazır ki, Ərdoğanın Vaşinqton səfərinin əsl məqsədi başqadır. O, aprelin 24-ü ərəfəsində ABŞ-da Türkiyə-Ermənistan münasibətlərinə dair çıxış edəcək. Ərdoğan Amerika Türkləri Konqresinin aprelin 11-14-də Ankara-Yerevan münasibətlərinə dair təşkil etdiyi tədbirə də qatılacaq.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 16.02.10 | Baxılıb: 227

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •