|
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) növbəti monitorinqləri başa çatdırıb. Nəticələr barədə qəzetimizə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, bu dəfə ümumi çəkisi 260 kiloqrama yaxın saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulu, o cümlədən kolbasa, qənnadı , makaron məmulatları, yağlar, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, pivə, meyvə şirələri, sular, çay, düyü, uşaq yeməkləri, sirkə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Yararsız məhsullar Yasamal rayonunda H.Zərdabi prospekti, ev 89 ünvanında yerləşən "Eksperimental market"də, Şərifzadə küçəsi, ev 196 ünvanında Abbas Novruzluya məxsus mağazada, Nərimanov rayonunda Ə.Əliyev küçəsi, ev 13 ünvanında yerləşən "Şərur market"də, H.Əliyev prospekti, 101A ünvanında "V&M market"də, A.Molla Cümə küçəsi, 7A ünvanında Natiq Hüseynova məxsus mağazada aşkarlanıb.
Keyfiyyətsiz məhsullara Abşeron rayonunun Məhəmmədi kəndində "Ramil market", Nicat market", Kral ət məhsulları" mağazasında, Elməddin Əliyevə, Şakir Əliyevə və Hüseynbala Cəfərova məxsus mağazalarda da təsadüf olunub. Nazirlikdən qeyd edilib ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
HƏQİQƏT
|