Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Tarix Muzeyi 90 yaşında
Məlum olduğu kimi, bu il Azərbaycan Milli Tarix Muzeyinin yaradılmasının 90 illiyi tamam olur. Bu münasibətlə 2010-cu il Tarix Muzeyinin yubiley ili elan edilib. APA-nın yaydığı məlumata görə, yubiley çərçivəsində muzey rəhbərliyi tərəfindən silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbirlər siyahısına müxtəlif sərgilərin keçirilməsi, tədbirlərin təşkili, muzeyin 90 illik fəaliyyətini əks etdirən broşürlərin hazırlanması və s. daxil edilib. Dünyanın bir sıra ölkələri ilə əməkdaşlıq edən Tarix Muzeyinin yubiley tədbirlərinə Koreya, Rusiya və Belarusun Tarix Muzeylərindən də qonaqların dəvəti gözlənilir. Məlumatda o da bildirilir ki, muzeyə yeni eksponatların gətirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Tarix Muzeyi 1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Komissarlığının "Muzekskurs" yarımşöbəsinin nəzdində təşkil edilib. Həmin ilin iyul ayından məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş muzey (1941-ci ilə kimi burada fəaliyyət göstərib) oktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adlandırılıb və 1921-ci ildən fəaliyyətə başlayıb. Lakin muzey yalnız 1936-cı ildən sonra Azərbaycan Tarix Muzeyi adlandırılıb. Yarandığı ilk dövrdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, minerologiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərib. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqədə fəaliyyət göstərən Azərbaycanı Tədqiq Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyət və komissiyanı özündə cəmləşdirdi. 1925-ci ildə XMK Kollegiyasının təsdiq etdiyi "Əsasnamə"yə görə, struktur dəyişikliyi əsasında tarix-etnoqrafiya, incəsənət, biologiya, geologiya şöbələri və Qafqaza və Şərqə dair kitabları əhatə edən zəngin kitabxana fəaliyyətini davam etdirdi. Sonrakı illərdə tarixin tədrisinə artırılan diqqət yeni tarix və tarix-diyarşünaslıq muzeylərinin yaranması ilə müşayiət olundu. Azərbaycan XKŞ-in 31 mart 1936-cı il qərarına görə, Azərbaycan Dövlət Muzeyinin yenidən qurulması tarix profilli muzeyin yaradılması və onun Azərbaycan Tarixi Muzeyi adı ilə Ittifaq EA-nın Azərbaycan filialına verilməsi ilə nəticələndi. 1943-cü ildə Azərbaycan Tarixi Muzeyi EA Azərbaycan filialının qərarı ilə Rəyasət heyətinin nəzdində yenidən müstəqil vahid qurum kimi təsdiq edildi. 1953-cü ildə Tağıyev mülkünün yenidən Muzeyə qaytarılması və dövlətin muzey quruculuğu sahəsində gördüyü tədbirlər Tarix Muzeyində xalqımızın ta qədimdən bu günədək tarixini əks etdirən elmi ekspozisiyanın qurulması üçün şərait yaratdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə muzeyin maddi-texniki bazası bərpa olundu və muzey əsaslı təmir olunduqdan sonra yenidən fəaliyyətə başladı. Muzeydə hal-hazırda altı şöbə, Muzey əşyalarının bərpası laboratoriyası, 12 fond, 4 qrup və kitabxana fəaliyyət göstərir. Həmçinin muzeydə elmi-tədqiqat, elmi-kütləvi və fond işlərinin əsas istiqamətlərinin dünya təcrübəsi ilə təsdiq olunan müasir prinsiplərinə əsaslanaraq ekspozisiyanın qurulması, Azərbaycan xalqının qədim dövrdən bu günədək tarixini əks etdirən maddi və mənəvi mədəniyyət abidələrinin toplanması və mühafizəsi, tədqiqi, nəşri, onların sərgilərdə nümayişi və təbliği də təşkil edilib. Yarandığı ilk gündən həm mədəni-maarif, həm də elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərən Azərbaycan Tarixi Muzeyinin tarixində çox ilklərə rast gəlirik. Belə ki, 1925-ci ildə Xocalıda və Naxçıvanda təşkil olunan arxeoloyi ekspedisiyalar Azərbaycan ərazisində qədim maddi-mədəniyyət abidələrinin elmi baxımdan öyrənilməsinin əsasını qoydu. Sonrakı illərdə muzey əməkdaşları Qəbələdə, orta əsr şəhərləri Gəncədə, Xarabagilanda, Örənqalada arxeoloyi tədqiqatlar apardılar. Azərbaycan tarixinin erkən orta əsrlər dövrünün mühüm məsələlərini işıqlandıran Mingəçevir arxeoloyi ekspedisiyası isə əldə edilən elmi nəticələrinə görə o dövrdə İttifaq miqyasında böyük uğur kimi qiymətləndirildi. Xatırladaq ki, muzeyin 250 mindən artıq müxtəlif xarakterli, müxtəlif dövrlərə aid maddi-mənəvi mədəniyyət nümunələri 10 fondda saxlanılır. Sənədli mənbələr fondunda 11000-dən artıq sənəd, fotoşəkil, albom, afişa, qəzet, açıqca və s. qorunur. Muzeyin yarandığı gündən bəri fəaliyyət göstərən, Azərbaycanın ilk dövlət kitabxanalarından olan kitabxanasında isə 80 000-dən çox, başlıca olaraq, XIX-XX əsrin birinci yarısına aid müxtəlif dilli kitablar toplanıb. Muzeydə yeni təşkil olunmuş təsviri incəsənət və illustrasiyalar fondunda 500-ə qədər tablo, illustrasiya, Azərbaycanın tanınmış rəssamlarının, sənət adamlarının əsərləri və s. mühafizə edilir. Məlumat üçün onu da bildirək ki, 2010-cu ilin sonunda yubiley ilinin bağlanışı münasibətilə Milli Tarix Muzeyində beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.


Elcan
+  -  Çap 
Yerləşdirilib: 16.02.10 | Baxılıb: 372

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •