Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Avropa standartlarına cavab verməyən avtomobillərin idxalı dayandırılacaq
Nazirlər Kabineti bir həftə ərzində qərar verəcək

Bu il iyul ayının 1-dən Azərbaycana Avropa standartlarına cavab verməyən avtomobillərin idxalı dayandırılacaq. Bu barədə fevralın 12-də YAP qərargahında keçirilən mətbuat konfransında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov məlumat verib. Onun sözlərinə görə, qadağaların tətbiqində avtomobilin hansı şirkətə və ölkəyə məxsus olması əsas götürülməyəcək: "10-15 il əvvəl istehsal olunmuş avtomobillər Azərbaycana idxal edilməyəcək. Konkret hansı ildən başlayaraq istehsal olunmuş avtomobillərin idxalının qadağan edilməsinə gəlincə, Nazirlər Kabineti bir həftə ərzində bununla bağlı qərar verəcək. Əsas odur ki, mühərrikdən çıxan qaz "Avro-2" standartına uyğun olsun". Belə ki, 2010-cu ilin "Ekologiya ili" elan olunması SMPDK-nın da qarşısında bir sıra vəzifələr qoyur: "Yanacağa, eləcə də avtomobillərdən çıxan tullantılara olan tələbləri avrostandartlara uyğun hazırlamağı qarşımıza məqsəd qoymuşuq. Ölkədəki yanacağın avrostandartlara uyğunlaşması üçün Dövlət Neft Şirkəti ilə birgə iş aparırıq. Hazırda Avropada "Avro-5" standartı tətbiq olunmağa başlasa da, Azərbaycanda ilk olaraq "Avro-2" standartı tətbiq olunacaq". Komitə sədri deyib ki, öz fəaliyyətini Avropa İttifaqının (Aİ) qanunlarına uyğunlaşdırmaq məqsədilə qurum milli qanunvericiliyə müəyyən dəyişiklik və əlavələrin edilməsi üzrə işlər aparır. Təkmilləşdiriləcək qanunlar texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və ölçmə vəhdəti ilə bağlıdır.
Ötən il mağazalarda satılan məhsulların keyfiyyətinin yoxlanması da diqqət mərkəzində olub. Nəzarət tədbirləri nəticəsində 100-ə yaxın müəssisədə normalara uyğun olmayan məhsul istehsalı dayandırılıb, ümumi dəyəri 390 min manata yaxın olan 340 məhsulun partiyasının satışı qadağan edilib. Yeyinti məhsullarının keyfiyyətinin yoxlanması məqsədilə mağazalarda aparılan araşdırmalar zamanı insan həyatı üçün təhlükəli olan 40 tona yaxın qənnadı məmulatları, min tona qədər düyü, 10 ton balıq konservləri, 60 min litr alkoqolsuz içkilər, 7,3 ton un, 10 ton süd məhsulları, 8,5 ton tərəvəz məhsulları dövriyyədən çıxarılıb. Uşaq qidaları və oyuncaqlarının keyfiyyətinin yoxlanması məqsədilə aparılan araşdırmalar zamanı isə tərkibində insan sağlamlığı üçün zərərli maddələr olduğundan Çində istehsal olunan 10 adda uşaq oyuncağı satışdan çıxarılaraq məhv edilib. Bundan başqa, istehlakçıların çoxsaylı müraciətləri əsasında paytaxtda yerləşən 45 yanacaqdoldurma məntəqəsi və iki neft bazasında neft məhsullarının keyfiyyətinə dövlət nəzarəti həyata keçirilib. Araşdırmalar zamanı 26 yanacaqdoldurma məntəqəsində satılan yanacağın keyfiyyət göstəricilərinin mövcud standartların tələbinə cavab vermədiyi və miqdarının normaya uyğun olmadığı üzə çıxıb. Bununla bağlı qanunvericiliyə müvafiq protokollar tərtib olunub və məsul şəxslər inzibati qaydada cərimələnib.
R.Həsənov qaz sobaları ilə bağlı aparılan monitorinqlərin nəticələrindən də danışıb. Araşdırmalar nəticəsində standartlara uyğun olmayan 156 qaz sobası satışdan çıxarılıb. Texniki təhlükəsizlik qaydalarına uyğun olmayan cihazlara uyğunluq sertifikatının verilməsi ilə bağlı 3 təsərrüfat subyektinin müraciəti rədd edilib. Eyni zamanda, təkcə cari il ərzində 100-dən artıq ticarət şəbəkəsində standartlara uyğun olmayan 538-dən artıq qaz cihazı satışdan çıxarılıb, Bakıdakı 28 ticarət obyektində 88 qaz sobası və 150 ədəd su qızdırıcısının satışı qadağan edilib.


HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 13.02.10 | Baxılıb: 312

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •