Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"QHT-lər haqqında" qanuna dəyişiklik edildi
Əcnəbilər vəvətəndaşlığı olmayan şəxslər Azərbaycanda QHT təsis edə biləcəklər

Azərbaycanda daimi yaşayış hüququ olan əcnəbilər və vətəndaşlıq hüququ olmayan şəxslərə də ölkə ərazisində qeyri-hökumət təşkilatı təsis etmək hüququ verildi. Milli Məclis bununla əlaqədar bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər etdi.
Bu barədə məlumat verən Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirdi ki, bununla əlaqədar "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında", "QHT-lər haqqında" qanunlara əlavə və dəyişikliklər edildi. Dəyişikliklərə əsasən, təsisçiləri əcnəbilər və ya xarici hüquqi şəxslər olan QHT-lərin filial və nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan vətəndaşları olmalıdırlar. Azərbaycanda hər hansı bir fond yaradılarkən onun nizamnamə kapitalı 10 min manatdan az olmamalıdır.
QHT-lər illik maliyyə hesabatını hər il aprel ayından gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Bu, hesabatın forması, məzmunu və təqdim edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna edilən əlavəyə əsasən, hüquqi şəxs dövlət qeydiyyatından alınarkən onun təsisçisi Azərbaycanda daimi yaşayış hüququ olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər olduqda onların daimi yaşamaq hüququnu təqdim edən sənəd təqdim olunmalıdır. Bundan əlavə, təsisçiləri əcnəbilər və ya xarici hüquqi şəxslər olan qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd də qeydiyyat orqanına təqdim olunmalıdır. QHT-lərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması tələb olunmayacaq. Bunun üçün təşkilat 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanına filial və ya nümayəndəliyinin yaradılması haqqında məlumat verməlidir. Komitə sədrinin sözlərinə görə, Azərbaycan bu addımı atmaqla imza atdığı konvensiyalara və götürdüyü öhdəliklərə sadiqliyini nümayiş etdirir. Mülki Məcəlləyə edilən əlavəyə əsasən, QHT-lər dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxslərinin adlarından (onların yaxın qohumlarının və vərəsələrinin icazəsi olmadan) istifadə edə bilməzlər.
Müzakirələrdən sonra təkliflər qəbul edildi.


İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 13.02.10 | Baxılıb: 415

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •