Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Əhmədineyad ölkəsini nüvə dövləti elan etdi
İslam İnqilabının 31-ci ildönümü mərasimində yüz minlərlə insan qarşısında çıxış edən İran prezidenti ölkəsinin "nüvə dövləti" olduğunu və ilk 20 faiz zənginləşdirilmiş uranı istehsal etdiyini deyib

İran prezidenti Mahmud Əhmədineyad növbəti dəfə ölkəsinin nüvə proqramı ilə bağlı bir addım belə geri çəkilmək istəmədiyini bəyan edib. İslam İnqilabının 31-ci ildönümü mərasimində yüz minlərlə insan qarşısında çıxış edən İran prezidenti ölkəsinin "nüvə dövləti" olduğunu və ilk 20 faiz zənginləşdirilmiş uranı istehsal etdiyini deyib. O bildirib ki, İranın düşmənləri insan haqları və nüvə proqramı məsələlərini ortaya ataraq bölgədə hökmranlıq etmək niyyətindədirlər: "İran uranı 20 faizə qədər zənginləşdirməyə başlayıb və bu göstəricini 80 faizə çatdırmağa hazırdır".
O bildirib ki, hegemon ölkələrin hegemonluq siyasəti nəticəsində hazırda dünya xalqlarının 80 faizi kasıblıq həddində yaşayır:
"İslam İnqilabının qələbə çalması ilə Marksist ideologiyası tarixə çevrildi. Hazırda Qərb ideologiyası da dalana dirənib və Allahın lütfü ilə onun da çökməsinin şahidi olacağıq". Əhmədineyad əlavə edib ki, Qərb ölkələri Tehran reaktoruna lazım olan 20 faizlik uranı təhvil vermədilər. Onlar İrandakı xəstələrin taleyini də düşünmədilər. "Qərb ölkələri öz dərman satışlarını artırmaq üçün bir müddət öncə "donuz qripi" virusunu yaydılar". İranın nüvə proqramına qarşı çıxan ABŞ isə İrana qarşı sanksiyalar tətbiq etməkdə israrlı görünür. Elə Ağ Ev rəhbəri Barak Obamanın aramsız bəyanatları da bunu deməyə əsas verir. O, beynəlxalq ictimaiyyəti İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb. Onun sözlərinə görə, artıq ABŞ Maliyyə Nazirliyi İran İnqilab Keşikçiləri Qvardiyasının inşaat bölümünün rəhbərliyinə və bu qurumun 4 törəmə şirkətinə qarşı sanksiya tətbiq edib. Nazirliyin məsələ ilə bağlı yaydığı bəyanatda bildirilir ki, qvardiyaya və onun tabeçiliyində olan "Xatəmül-Ənbiya" şirkətinə ABŞ şirkətləri və ya onun hüquqi nəzarətində olan bütün firma, müəssisələrlə ticari işbirliyi qadağandır. Bildirişə əsasən, "Xatəmül-Ənbiya" çeşidli tikinti layihələrini gerçəkləşdirir və onun gəliri İran İslam Respublikasının nüvə və raket proqramının həyata keçməsinə sərf edilir. İslam Respublikası hökumətinin mətbuat katibi Ramin Mehmanpərəst Tehrana qarşı gözlənilən sanksiyalara cavab olaraq bildirib ki, bu sayaq qadağalar İranın qabaqcıl texnologiyalar əldə etməsinə yardım edəcək. Onun sözlərinə görə, ABŞ təklif edir ki, İranın atom texnologiyasını tibb sahəsində dayandırsın və onkoloyi xəstələr üçün Amerikadan dərmanlar alsın. Mətbuat katibinin fikrincə, İran ABŞ-dan bu cür dərmanlar almaq niyyətində deyil.
Yeri gəlmişkən, İranın hər zaman sığındığı Rusiya də bu ölkənin nüvə proqramından narahatdır. Belə ki, Rusiya rəsmiləri bir-birinin ardınca İranın nüvə layihəsini tənqid edən bəyanatlarla çıxış edirlər. Əvvəllər İran məsələsində çox ehtiyatlı olan Moskvanın Tehrana qarşı yeni sanksiyaları dəstəkləyə biləcəyi ehtimal edilir. Rusiyanın kəskin reaksiyasına səbəb İranın uranı 20 faizə qədər zənginləşdirmək qərarı olub. Bununla belə Moskva təkidlə bildirir ki, problem dinc yolla həll olunmalıdır. "Kommersant" qəzetinə müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, hadisələrin inkişafı Nyu-Yorkda sanksiyalar haqda diskussiya qalxacağına gətirib çıxara bilər: "Biz sanksiyaların işləkliyinə inanmırıq, ancaq başa düşürük ki, müəyyən vəziyyətdə onlarsız keçinmək mümkün olmayacaq".
Qeyd edək ki, Ryabkov İran üzrə vasitəçilər qrupunda Rusiyanı təmsil edir. Nyu-Yorkda isə yaxınlarda BMT Təhlükəsizlik Şurası İran məsələsini müzakirə edəcək. İranın uranı 20 faizə qədər zənginləşdirmək niyyətləri haqda bəyanatından sonra Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib ki, İrana qarşı səbrin hüdudu var. O deyib ki, İranın nüvə layihəsi şübhələr oyadır: "İran deyir ki, o nüvə silahı əldə etmək istəmir, o dinc atom layihəsini inkişaf etdirir. Ancaq onun hərəkətləri, o cümlədən onun uranı 20 faizə qədər zənginləşdirməyə başlaması başqa ölkələrdə şübhələr oyadıb. Özüdə bu şübhələr əsaslıdır". Patruşev əlavə edib ki, İran məsələsində hərb həll yolu qətiyyən qəbulolunmazdır.
Moskvalı ekspert Vladimir Sotnikov isə Rusiyanın mövqeyinin sərtləşməsinin səbəbini belə görür: "İran artıq neçənci dəfədir ki, Moskvanın mövqeyini zərbə altına qoyur, onun mövqeyilə hesablaşmır. Açığı Rusiya iranın nüvə proqramıyla bağlı böhranın dinc yolla həll edilməsinə çalışırdı".
Ekspertlərə görə, az zənginləşdirilmiş uran Rusiyada zənginləşdirilib sonra geri qaytarılmalıydı və indi İranın bu prosesi özünün etmək istəməsi Moskvanın qəzəbinə səbəb olub. İndiyə kimi ABŞ-ın sərt mövqeyinə Rusiya onunla cavab verirdi ki, İranla danışıqlar gedir və atom eneryisi agentliyi BATENA çərçivəsində uranın xaricdə zənginləşdirilməsi təklifi müzakirə edilir. İndi Tehrandan gələn son bəyanatlar nəzərə alınsa, Rusiyanın artıq arqumenti qalmayıb. Moskvalı politoloq Aleksandr Pikayev Rusiyanın mövqeyindəki mümkün inkişaf haqda deyib ki, indi Rusiya əvvəlki vaxtlarla müqayisədə sanksiyalar işində xeyi irəli getməyə hazır ola bilər: "Ancaq BMT Təhlükəsizlik Şurasında bu bəs etməyə də bilər. Şuranın daimi üzvü Çin hələ barışığa çağıran bəyanatlarla çıxış edir. Rusiyanın Qərblə birlikdə çıxış etməsi isə faktiki Çini tək qoya bilər".
+  -  Çap 
Yerləşdirilib: 12.02.10 | Baxılıb: 282

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •