Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Şri-Lanka prezidenti seçkilərdəki rəqibni tutdurdu
Müxalifət isə onun azad olunmasını tələb edir

Şri-Lankada prezident seçkilərindən iki həftədən çox vaxt keçməsinə baxmayaraq, gərginlik səngimək bilmir. Belə ki, seçkilərin qalibi olan hazırki prezident Mahinda Radyapaksenin keçmiş rəqibi, silahlı qüvvələrin keçmiş komandiri Sarat Fonsekanı dövləti xəyanət ittihamı ilə həbs etdirməsi etiraz aksiyalarına səbəb olub. Bu səbəbdən də müxalifət qüvvələri Kolombo küçələrinə minlərlə tərəfdarını çıxarıb və onlar Ali Məhkəmənin önünə doğru irəliləyiblər. Liderləri general Sarat Fonsekanın azadlığa buraxılmasını tələb edən müxalifətçilərin qarşısını hazırki prezidentin tərəfdarları kəsib. Onlar məhkəməyə gedən yolda Fonseka tərəfdarlarını daş yağışına tutublar. Qəzəblənmiş kütləni sakitləşdirmək üçün əraziyə polis və xüsusi təyinatlılar cəlb edilib və onlar da gözyaşardıcı qazlardan və suatanlardan istifadə edərək aksiyanı dağıdıblar. Ölkənin müxalifət partiyalarının yaydığı birgə məlumatda qeyd olunub ki, Fonsekanın həbsi onun fiziki cəhətdən aradan götürülməsinə yönəlib. Şri-Lanka Müdafiə Nazirliyinin yaydığı məlumatda göstərilib ki, 59 yaşlı istefada olan general tərəfdarları ilə birgə dövlət çevrilişi həyata keçirmək istəyib. Prezidentliyə keçmiş namizədin xanımı Anoma Fonseka bildirib ki, ərini çox kobud şəkildə həbs ediblər: "Onu evdən sanki heyvanı çıxarırmış kimi sürüyüb naməlum istiqamətə apardılar".
Yeri gəlmişkən, qeyd edək ki, prezident seçkilərinə kimi Fonseka Radyapaksenin ən yaxın tərəfdarı olub. Məhz onun komandanlığı ilə "Tamil pələngləri"nə qarşı hərbi əməliyyatlar başlamışdı. Ötən ilin yazında başlayan əməliyyat "pələng"lərin tamamilə məhv edilməsinə gətirib çıxarmışdı. Lakin bu qələbədən sonra prezidentlə müharibə qəhrəmanı" arasından sanki qara pişik keçdi. Əvvəlcə Fonseka ali baş komandan vəzifəsindən istefa verdi, sonra isə açıq şəkildə Fonsekaya qarşı mübarizəyə başladı. O, prezidentliyə namizəd kimi qeydiyyatdan keçdi. Özü də seçkilərdə müxalifət partiyaları - həm sollar, həm də sağlar onun tərəfinə keçdi. Müxalifət hesab edir ki, bu iş quramadır və ikinci müddətə seçilən prezident özünün nüfuzlu rəqibini neytrallaşdırmaq istəyir. Müşahidəçilərin qənaətincə isə Fonsekanın həbsi siyasi motivlər güdür. O, seçkilərdə əsas rəqibi olmuş bu şəxsi sadəcə neytrallaşdırmaq istəyir. Bununla yanaşı, Fonseka həbsinə qədər hərbi cinayətlərin araşdırılması ideyası ilə çıxış edib. Söhbət "Tamil pələng"lərinə qarşı həyata keçirilən əməliyyatlar zamanı törədilən qətliamlardan gedir. O, bəyan edib ki, qanun qarşısında hamı cavabdehlik daşıyır. Lakin Fonsekanın bu addımını dəstəkləməyənlər də tapıla bilər. Müşahidəçilərin qənaətincə, Fonseka bununla keçmiş silahdaşlarını da özünə qarşı çevirə bilər.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 12.02.10 | Baxılıb: 293

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •