Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Qəza törədən ünvanlar
Bu ünvanlarda tikilən evlər və müxtəlif obyektlər yüksək gərginlikli hava xətlərinin mühafizə zonasına düşdüyündən ölkənin energetika sisteminin normal fəaliyyətinə əngəl törədir

Fevralın 9-da respublikada elektrik eneryisinin verilməsi ilə bağlı yaranan fasilənin səbəbləri artıq aydılaşdırılıb. Mütəxəssislərin qənaətincə, yüksək gərginlikli hava xətlərinin mühafizə zonasında evlərin və müxtəlif obyektlərin tikintisi ölkənin energetika sisteminin normal fəaliyyətinə başlıca əngəldir.
Bu səbəbdən qəzalar baş verir və ya qəzaların nəticələrini operativ qaydada aradan qaldırmaq mümkün olmur. Belə hallar vaxtında cari və əsaslı təmirin aparılmasına, yenidənqurma tədbirlərinin reallaşdırılmasına da maneçilik törədir. Bakı, Sumqayıt və Xırdalan şəhərlərində, həmçinin, Masazır və Saray qəsəbələrində, Bakı-Şamaxı avtomobil magistralı boyunca yüksək gərginlikli hava xətlərinin mühafizə zonasında qeyri-qanuni tikililərin inşası kütləvi xarakter daşıyır. Bu da 110 və 220 kilovoltluq hava xətlərinin saz vəziyyətdə saxlanmasına əngəllər törədir. "Azərenerji" ASC-nin əməkdaşı İsmayıl Nurullayevin sözlərinə görə, dövlət orqanları belə qeyri-qanuni tikililərin yolverilməzliyini dəfələrlə bəyan ediblər:
"Fevralın 9-da baş verən qəza bir daha göstərdi ki, yüksək gərginlikli elektrik xətlərinin altında və ərtafındakı evlər və digər obyektlər ötən əsrin 60-70-ci illərində quraşdırılan ötürücülərin vaxtlı-vaxtında dəyişdirilməsinə imkan vermir. "Azəreneryi" ASC-nin ağır texnikası və əməkdaşları təmir aparmaqda və qəza zamanı operativ tədbirlərin görülməsində silsilə çətinliklərlə üzləşirlər". İ.Nurullayev bildirdi ki, qanunla 110 və 220 kilovoltluq mühafizə zonası xəttinin kənar məftillərindən hava xəttinin trassası boyunca hər iki tərəfə 20-25 metr məsafədə heç bir tikilinin inşasına icazə verilmir. Bu cür yüksək gərginlikli hava xətləri insanların səhhəti üçün də ziyanlıdır. Eyni vəziyyət paytaxtın digər rayonlarında da mövcuddur. Məsələn, "Məşədi Əzizbəyov" metro stansiyasının yaxınlığında yerləşən, Nizami rayonu Böyük Şor yaşayış massivində çox acınacaqlı vəziyyət mövcuddur. Buradan keçən 110 kilovoltluq 4-cü Ramana xətti demək olar ki, tikililərin arasında qalıb. Ərazidə hər hansı hadisə baş verərsə, texnikanın ora yaxınlaşması böyük sual altındadır.
4-cü Ramana xətti 205 saylı yarımstansiyadan daxil olan elektrik cərəyanı xəttinin davamıdır. Bu xətt metronun "Ulduz" stansiyasını və Dərnəgül zonasında yerləşən yaşayış massivini elektrik eneryisi ilə təmin edir. Sabunçu rayon 1-ci Zabrat qəsəbəsində də eyni vəziyyətlə rast gəlmək mümkündür. Burada 110 kilovoltluq 3- cü Suraxanı xətti dəmir ərazidən keçən dəmir yolunu, 1-ci və 2-ci Zabrat qəsəbələrini enryi ilə təmin edir. Eleketrik xətti Suraxanı Yarımstansiyası ilə Zabrat yarımstnasiyaları arasındakı əlaqəni təmin edir. Bu ərazidən 3-cü Ramana hava xətti də keçir və bu xəttin dirəkləri də həyətlərdə qalıb.
Zabrat körpüsünün yanından keçən 220 kilovoltluq hava ötürücü xəttinin yanında isə çoxmərtəbəli bina ucaldılır. Amma bu da son deyil, 110 kilovoltluq Maştağa yarımsatnasiyasının ətrafında da eyni vəziyyət hökm sürür. Bu yarımstansiya Şimal DRES-dən daxil olan eneryini qəbul edir və Əzizbəyov, Sabunçu, Binəqədi rayonlarının və Sumqayıt şəhərinin bir hissəsinə ötürür. Lakin, ötürücü- birləşdirici xəttələrin ən yaxın məsafəsində yerləşən tikililər hər hansı qəza nəticəsində təmir briqadasının əraziyə daxil olmasına imkan verməyəcək.
"Abşeron" Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin baş mühəndisi Zarik Rəşidov bildirib ki, Xətai rayon ərazisindəki Köhnə Günəşli yaşayış masivində də analoyi hlala rast gəlmək mümkündür. Ərazidən keçən 1-ci və 2-ci səkkizinci kilometr 110 kilovoltluq hava ötürücü elektrik xəttləri tamamilə şəxsi evlərin arasında qalıb. Artıq elektrik dirəklərinin bəziləri yana əyilib. Bu xəttələr vasitəsi ilə isə Qum adası yaşayış masivi və mədən sahələri elektrik eneryisi ilə təmin edilir. Həmçinin Əhmədli və Günəşli yaşayış sahələri eneryi ilə qidalanır. Reallıq göstərir ki, həmin ciddi problemin birdəfəlik aradan qaldırılması üçün konkret tədbirlər görülməlidir.


İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 12.02.10 | Baxılıb: 1177

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •