Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Vətəndaş cəmiyyəti təşkilatlarının bacarıqları artırılacaq
Layihə çərçivəsində portal da yaradılacaq

Dünən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının bacarıqlarının artırılması proqramının təqdimatı keçirilib. Proqram haqqında məlumat verən İSİM sədri V.Bayramov bildirib ki, bu proqram Avropa Komissiyasının Bakı nümayəndəliyi tərəfindən maliyyələşdirilir. Proqramın həyata keçirilməsində əsas məqsədlər vətəndaş cəmiyyəti təşkilatları üçün imkanların artırılması və ümumilikdə sektorun inkişafını dəstəkləməkdir. Eləcə də vətəndaş cəmiyyəti təşkilatlarının biliklərinin, bacarıqlarının artırılması və müvafiq qiymətləndirmə, inkişaf planlarının yaradılması, vətəndaş cəmiyyətinin üzləşdiyi əsas məsələlər üzrə məlumat və biliklərin artırılması, debatların çoxaldılması da məqsədlər arasında yer alır. Layihənin xüsusi məqsədi Azərbaycandakı ictimai yönümlü təşkilatların fəallığının artırılması, qərarvermə prosesində onların səlahiyyətlərinin artırılması, yerli səviyyədə meydana çıxan təşəbbüslərin irəli çəkilməsi, vətəndaşların informasiyaya çıxışının artırılması, Minilliyin İnkişaf Məqsədləri barəsində bilik və məlumatın artırılmasıdır. V.Bayramov bildirib ki, layihə çərçivəsində Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarına birlikdə çalışmaq üçün təlimlər, seminarlar, Beynəlxalq Vətəndaş Cəmiyyəti Forumu keçiriləcək. Bütün bunlar vətəndaş cəmiyyətində inam və əməkdaşlıq mühitini formalaşdırmaq və vətəndaş cəmiyyəti üzvlərinə daha yaxşı əlaqələr qurmağa kömək edəcək. Layihənin ictimaiyyətə, vətəndaş cəmiyyətinə və hökumət nümayəndələrinə daha açıq və əlçatan etmək üçün onlayn portal yaradılacaq. Bundan başqa, broşüralar çap edilib paylanacaq. Proqram 2010-2011-ci illər ərzində 18 ay çərçivəsində həyata keçiriləcək. Layihənin təqdimatında çıxış edən Aralıq Dənizi Menecment Mərkəzinin təmsilçisi Suha Vekil qısa müddət ərzində bu proqramla bağlı Azərbaycanın Bakı, Gəncə, Salyan və Şamaxı bölgələrində hər ay belə tədbirlərin keçiriləcəyini və bütün vətəndaş cəmiyyətlərinə açıq olacağını bildirib. S.Vekil Avropa Komissiyasının bu proqramın əhəmiyyətini və Azərbaycanda da layihələşdirilməsini çox yüksək şəkildə qiymətləndirdiyini deyib. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev bu layihənin Azərbaycanda vətəndaş cəmiyyəti üzvlərinin peşəkarlığının artırılmasına kömək edəcəyini və bunun Azərbaycan üçün vacib olan məsələlərdən biri olduğunu bildirib. Eyni zamanda, vərdiş və bacarıqların inkişaf etdirilməsi, ölkədə qərarların qəbul edilməsi prosesində iştirakın səviyyəsinin artırılması, qərar qəbul edilməsində vətəndaş cəmiyyətinin fəaliyyətinə normativ xarakter verilməsi ilə bağlı da təkliflər gözlədiklərini deyən Ə.Nuriyev vətəndaş cəmiyyətinin fəaliyyəti üçün QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən istənilən yardımın göstərildiyini bildirib.


İlkin MURADOV
+  -  Çap 
Yerləşdirilib: 10.02.10 | Baxılıb: 1041

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •