Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Dövlət Mükafatları komissiyasının tərkibi və Əsasnaməsi təsdiqlənib
Prezident İlham Əliyev Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi və Əsasnaməsinin təsdiq edilməsi haqqında fərman imzalayıb. APA-nın məlumatına görə, fərmanda göstərilib ki, Nazirlər Kabinetinə Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası ilə birlikdə Dövlət Mükafatları laureatlarının diplomu və fəxri döş nişanlarının təsvirinə dair təklifləri iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək, habelə Dövlət Mükafatları komissiyasının fəaliyyətinin təşkili ilə bağlı olan və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Komissiyasının sədri baş nazir Artuq Rasizadə təyin olunub. Komissiyanın üzvləri isə baş nazirinin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev, AMEA prezidenti Mahmud Kərimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Misir Mərdanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, Nazirlər Kabinetinin Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov, Milli Elmlər Akademiyasının vitse-prezidentləri Akif Əlizadə və Nailə Vəlixanlı, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, BDU-nun rektoru Abel Məhərrəmov, ATU-nun rektoru Əhliman Əmiraslanov, Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Aqşin Əlizadə, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, xalq rəssamı Toğrul Nərimanbəyov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, xalq artisti Arif Məlikov, xalq artisti Şəfiqə Məmmədova, xalq yazıçısı Mövlud Süleymanlı olub.
+  -  Çap 
Yerləşdirilib: 10.02.10 | Baxılıb: 352

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •