|
"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məktəblərdə meyvə satışı ilə bağlı ideyasını dəstəkləyirəm. Məktəb yaşlı uşaqların təzə meyvə yeməsinə böyük ehtiyac var". APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov yurnalistlərə açıqlamasında bildirib. Nazir deyib ki, ideya yaxşı olsa da, bundan düzgün nəticə çıxarılmalıdır: "Əgər bu məsələdən düzgün nəticə çıxarılacaqsa, onu dəstəkləyirəm. Amma elə etmək lazım deyil ki, buna görə də haradasa pul yığsınlar".
|