Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
ABŞ azərbaycanlıları Yəhudi İcması Əlaqələr Şurasının qurultayında iştirak ediblər
Azərbaycanlı, türk, yəhudi diaspor təşkilatları və konqresmenlərin Nyu-Yorkda keçirilən görüşündə Dağlıq Qarabağ problemi, ABŞ-ın Dağlıq  Qarabağ separatçılarına yardımı və Cənubi Qafqazdakı problemlər müzakirə olunub.
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Azərbaycan-Amerika Şurası, Amerika-Azərbaycan Cəmiyyəti, Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN), Türk-Amerika təşkilatlarının nümayəndələri və Nyu-Yorkdakı Yəhudi-Azərbaycanlı İcması fevralın 7-də Nyu-Yorkdakı Yəhudi Federasiyasının (UYA federation) filialı olan Yəhudi İcmasının Əlaqələr Şurasının 31-ci illik qurultayında iştirak ediblər.
Nyu-Yorkdakı Yəhudi Federasiyasının Manhettendəki qərargahı tərəfindən təşkil olunan tədbirə 300-dən çox qonaq qatılıb. Tədbirdə senator Çarlz Şumer, konqres üzvləri Nita Louvi, Karolin Meloni, Qari Akerman, Çarlz Reyncel, Cerold Nadler, Eliot Encel və Edolfus Taunz çıxış ediblər. Azərbaycanın ABŞ üçün strateyi əhəmiyyəti, İsrail və Azərbaycan arasındakı regional tərəfdaşlıq barədə konqresmenlərə məlumat verilib.
Senator Şumer Amerikada yaşayan azərbaycanlıların Yəhudi İcmasının Əlaqələr Şurasının tədbirində iştirakından məmnun olduğunu bildirib, xüsusilə ABŞ və İran münasibətləri kontekstində azərbaycanlıların rolunun vacibliyindən danışıb.
Təsisatlar Komitəsinin dövlət əməliyyatları, xarici əməliyyatlar və əlaqədar proqramlar alt komitəsinin rəhbəri, konqresmen Nita Louvi büdcədəki məhdudiyyətlər və iqtisadi böhranla əlaqədar İsrailə edilən yardımla bağlı çətinliklərə diqqət çəkib. Amerikadakı azərbaycanlıların fikrincə, konqresin Dağlıq Qarabağa birbaşa yardımı məntiqə ziddir.
Xüsusilə iqtisadi böhran zamanı Dağlıq Qarabağa birbaşa yardım etməklə ABŞ qanunvericiləri vergi ödəyicilərinin pulunu ABŞ-ın maraqlarının əleyhinə xərcləyir, ABŞ-ın regiondakı müttəfiqi və İsrailin dostu olan Azərbaycanı özündən kənarlaşdırır.
Azərbaycanlı icmasının nümayəndələri Azərbaycan, Türk və Yəhudi-Amerikan mədəniyyətlərarası dialoqu, 2009-cu il noyabrda Nyu-Yorkda Yəhudi Tarixi Mərkəzində Azərbaycan-Amerika Şurası və Amerika Azərbaycan Cəmiyyətinin iştirakı ilə təşkil olunan "Türk dünyasında yəhudi kimliyi" adlı simpozium bərədə danışıblar.
+  -  Çap 
Yerləşdirilib: 09.02.10 | Baxılıb: 459

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •