Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Banktomatlardan vətəndaşların pullarını oğurlayan dəstənin məhkəməsi başlayıb
Dəstə üzvləri ayrı-ayrı şəxslərə 4000 manatdan artıq ziyan vurub

Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Novruz Kərimovun sədrliyi ilə bankomatlardan vətəndaşların pullarını çıxararaq mənimsəməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəmə prosesi başlayıb. Məhkəmə qarşısında Oleq Aleksandroviç Matveyev, İbrahim Rəfail oğlu İbrahimov və Zahid Atabala oğlu Ağabalayev cavab verir. Təqsirləndirilənlər şəxslər Cinayət Məcəlləsinin 177.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən oğurluq) və 177.2.2-ci (təkrar törədilən oğurluq) maddələri ilə ittiham olunur.
İttihama görə, dəstə üzvləri O.Matveyev, İ.İbrahimov, Z.Ağabalayev bankomatlardan müştərilərin hesablarında olan pulları çıxarıblar. Təqsirləndirilən O.Matveyev bunun üçün ABŞ-dan sifarişlə aldığı xüsusi qurğuda Rusiyadan aldığı plastik kartlardan vətəndaşların ödəniş kartlarının surətini hazırlayıb. Daha sonra dostlar şəhərin müxtəlif yerlərinə gedib və bankomatlarda vətəndaşların hesabında olan pulları çıxarıblar. Dəstə üzvləri Nəsimi, Nərimanov, Yasamal rayon polis idarələrinə vətəndaşların şikayətindən sonra saxlanılıb. Vətəndaşlar şikayət ərizələrində hesablarında olan pulların mənimsənilməsi barədə məlumat veriblər. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində bankomatlardan oğurluq edən şəxslər 2009-cu ilin avqustunda saxlanılıb. Təqsirləndirilənlər 2009-cu il iyulun 11-də Nəbi Bayramova məxsus 305 manatı, Firəngiz Quliyevaya məxsus 550 manatı bankomatdan çıxararaq oğurlayıblar. İyulun 14-də Əli Bəylərovun 115, Nailə Quliyevanın 75, Məryəm Abbasovanın isə 110 manatı oğurlanıb.
Bundan başqa paytaxt sakini Mirteyyub Rəhimovun 308 manatı, iyulun 16-da Əlixan Mustafayevin 91 manatı, iyulun 17-də Antonina Borisovnanın 210 manatı oğurlanıb. Araşdırmalar nəticəsində məlum olub ki, iyulun 18-də Reyhan İsmayılovaya məxsus 131 manat, Niyaməddin Abbasova məxsus 290 manat, Kamran Əliyevə məxsus 530 manat, iyulun 20-də Zaur Mahmudova məxsus 367 manat, Yaqut Əhmədovaya məxsus 220 manat, iyulun 24-də Azad İsmayılova məxsus 942 manat bankomatlardan çıxarılaraq oğurlanıb. İş üzrə məhkəmə baxışı fevralın 16-da keçiriləcək.
+  -  Çap 
Yerləşdirilib: 09.02.10 | Baxılıb: 223

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •