Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Bir ayda 1496 vergi ödəyicisi qanunvericiliyi pozub
Vergilər Nazirliyi operativ nəzarət tədbirlərini davam etdirir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən qəzetimizə bildirilib ki, yanvar ayı ərzində keçirilmiş tədbirlərdə 1496 vergi ödəyicisi tərəfindən qanunvericiliyin pozulması faktları aşkarlanıb və müvafiq tədbirlər görülüb. Ötən ay 987 vergi ödəyicisi əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət etməyib. Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi, valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində istifadə qaydalarını pozan ödəyicilərin sayı isə 100 nəfər olub. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 82 vergi ödəyicisi də aşkar edilib. 221 vergi ödəyicisi isə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olub. Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 24 vergi ödəyicisində 24 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi də üzə çıxarılıb. 146 vergi ödəyicisi isə fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşımağa cəhd edib.
Aksiz markalarının tətbiqi vəziyyəti də qənatbəxş olmayıb. Bu sahəyə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı 16 vergi ödəyicisində 9468,2 manat dəyərində 1406 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkarlanıb.


HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 09.02.10 | Baxılıb: 298

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •