Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Məişət Malları" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müs
Təkliflər martın 10-dan etibarən qiymətləndiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsi prosesini davam etdirir. Komitədən qəzetimizə bildirilib ki, ƏMDK "Məişət Malları" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin özəlləşdirilməsi ilə bağlı investisiya müsabiqəsi elan edib. Müsabiqə "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na müvafiq olaraq aparılır. Şərtlərə əsasən, investisiya müsabiqəsində yerli investorlarla yanaşi, xarici sərmayəçilər də iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həə investisiya təklif edən və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürən iddiaçıya üstünlük veriləcək. ƏMDK-dən qeyd edilib ki, səhmdar cəmiyyətinin əsas fəaliyyətini plastik kütlədən hazırlanmış məmulatlar, ətriyyat məhsulları, habelə kağız məmulatları və divar kağızlarının istehsalı və satışı təşkil edir. Müsabiqədə iştirak etmək üçün investorlar müvafiq İnvestisiya Proqramını da təqdim etməlidirlər. Proqramda beynəlxalq və müasir tələblər səviyyəsində polietilen və polipropilen məhsulların istehsal, emalına dair bir sıra şərtlər yer almalıdır. Sənəddə investisiya qoyuluşlarının istiqamətləri, məbləği və müddətləri də göstərilməlidir. İnvestisiya Proqramında digər təkliflər də əks olunmalıdır. Bu təkliflər səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən altmış gün müddətində təklif olunmuş investisiya həcmi ilə bağlıdır. Belə ki, təkliflərdə investisiya həcminin ümumi məbləğinin müəyyən hissəsi -5 faizə qədərinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsi və ondan istifadə yer almalıdır. İnvestorlar dövlət büdcəsinə ödəniləcək 150 min manat vəsaitdən az olmamaq şərtilə müvafiq təkliflər də verməlidirlər. Müsabiqənin qalibi səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən 60 təqvim günü müddətində təklif etdiyi pul vəsatinin dövlət büdcəsinə köçürülməsini təmin etməlidir. İnvestisiya Proqramı ilə müəyyən edilmiş investisiyanın ümumi həcminin 5 faizinə qədər hissəsi də pul vəsaiti şəklində 60 təqvim günü müddətində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməlidir. Komitədən vurğulanıb ki, müsabiqədə iştirak etmək üçün ərizə və təkliflərin qəbulu martın 5-nə qədər aparılacaq. Müsabiqə komissiyası tərəfindən təkliflərin qiymətləndirilməsi isə 10 mart tarixindən başlayaraq həyata keçiriləcək.


HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 09.02.10 | Baxılıb: 282

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •