Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Hərbi xidmətə çağırışın əsasları haqqında" qanuna yenidən baxıla bilər
Əkrəm Abdullayev hesab edir ki, hərbi xidmətə çağırış yaşı həddinin 35-dən 29-a endirilməsi mümkündür

"İndi olmasa da, yaxın gələcəkdə "Hərbi xidmətə çağırışın əsasları haqqında" qanuna yenidən baxıla və çağırış yaş həddi 35-dən 27-yə, yaxud 29-a endirilə bilər. Bu, istisna deyil". Bu fikirləri millət vəkili Əkrəm Abdullayev dilə gətirib. Millət vəkilinin sözlərinə görə, bir neçə il öncə çağırış yaşı həddinin əvvəlcə 26-dan 27-yə, sonra isə 27-dən 35-ə qaldırılması sırf zərurətdən irəli gəlirdi. Yəni hərbi xidmətə çağırış yaş həddini qaldırmaqda məqsəd ölkədə ordudan yayınmanın qarşısını almaq, eyni zamanda, insanlara, xüsusilə yetişməkdə olan gənclərə hərbi qulluqkeçmənin nə qədər vacib bir məsələ olduğunu anlatmaq idi. Ə.Abdullayev indi belə hesab edir ki, artıq son illər ərzində ordudan yayınmanın minimuma endirilməsini, ələlxüsus gənclərdə hərbi xidmətə böyük bir həvəsin yaranmasını nəzərə alaraq, yaxın gələcəkdə yenidən hərbi xidmətə çağırışın yaş həddinin dəyişdirilməsi, daha doğrusu, aşağı endirilməsi məsələsinə qayıtmaq olar: "Bu gün, demək olar ki, hərbi xidmət keçən insanlar arasında 30-35 yaş arasında olanlara çox az rast gəlinir. Müəyyən statistik göstəricilər əldə etmişəm və bilirəm ki, çağırış yaşı həddi 35-ə qaldırılandan ötən dövr ərzində 30-35 yaş arasında hərbi xidmət keçənlər, əsgərliyə çağırılanlar barmaqla sayılacaq qədərdir. Artıq insanlarımız, xüsusilə gənclərimiz başa düşür ki, əsgəri borcunu həyata keçirmək, orduda qulluq etmək onların ilk növbədə vətəndaşlıq borcudur və bundan qaçmaq olmaz. Bir vaxtlar bizim dövlət vəzifələrində çalışan, imkanlı insanlarımızın bəziləri övladlarını müxtəlif adlar altında ordudan yayındırmağa çalışırdılar və qismən də buna nail olurdular. Ancaq sevindirici haldır ki, son illər bu tendensiyaya, demək olar ki, son qoyulub. Mən şahidiyəm ki, indi yüksək vəzifədə çalışan, bir sıra imkanlara malik olan insanlarımız özləri xaricdə təhsil alan övladlarını geriyə qaytarır və onları hərbi qulluğa göndərirlər. Bu işə onlar daha çox canfəşanlıq göstərirlər. Bilirsiniz, hər şey zamanında reallaşdırılmalıdır. Əsgərlik məsələsi də elədir ki, artıq gəlib 30-35 yaşlar arasında hərbi qulluqkeçmənin heç bir mənası yoxdur. Vaxtında hərbi xidmət borcunu yerinə yetirsən, artıq 30-35 yaşlarında iş-güc sahibi də, ailə yiyəsi də, valideyn də ola bilərsən. Yox, əgər sən bunu zamanında etməyib, 30-35 yaşında reallaşdırsan, təbii ki, daha çox geri düşə, hətta iş karyerana da müəyyən zərbə vura bilərsən".


İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 09.02.10 | Baxılıb: 852

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •