Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Mar.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
 




 
 
 
Axtarış: 
Baş Prokurorluq Daşkəsəndəki hadisə ilə bağlı kompleks profilaktik tədbirlər həyata keçirir
Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən hərbi hissəsində baş vermiş və 6 hərbçinin ölümü ilə nəticələnmiş qanlı hadisənin tam və hərtərəfli istintaq olunması, bu qəbildən olan hadisələrin qarşısının alınması üçün Müdafiə və Milli Təhlükəsizlik nazirliklərinin müvafiq qurumları ilə əlaqəli şəkildə kompleks profilaktik tədbirlərin həyata keçirilməsi təmin ediləcək. Bu barədə Respublika Baş Prokurorluğunda keçirilən kollegiya iclasında qeyd olunub. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda bildirilib ki, ötən il əvvəlki hesabat dövrü ilə müqayisədə hərbi xidmət əleyhinə, o cümlədən tabeçilik qaydaları əleyhinə, hərbi xidmətdən yayınma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, fərarilik, qulluğa səhlənkar yanaşma, hakimiyyətdən sui-istifadə etmə cinayətlərinin sayı azalıb. Cinayətlərin 99,7 faizinin açılması Müdafiə Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə hərbi prokurorluq orqanları tərəfindən görülmüş işlərin nəticəsi kimi dəyərləndirilib. Bildirilib ki, 74 korrupsiya faktının - rüşvət alma və rüşvət vermə cinayətlərinin aşkarlanması mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinə qarşı mübarizənin düzgün təşkilinin nəticəsi olub. Qeyd olunub ki, Dağlıq Qarabağ və ona bitişik ərazilərdə erməni hərbi qüvvələri tərəfindən törədilmiş soyqırımı və digər ağır cinayətlərin istintaqı üzrə hesabat dövründə səmərəli istintaq hərəkətləri icra edilməklə, ümumilikdə insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş 289 şəxsin cinayət məsuliyyətinə cəlb olunması və barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilməsi, habelə İnterpol xətti ilə axtarışları təmin olunub.
+  -  Çap 
Yerləşdirilib: 09.02.10 | Baxılıb: 12

ONLINE XƏBƏRLƏR
 
  • İranın Şərqi Azərbaycan vilayətində zəlzələ olub
  • Ölkə birinciliyinin qalibləri müəyyənləşib
  • Düşmən üç istiqamətdə mövqelərimizi atəşə tutub
  • Bu gün UEFA-nın Proqram meneceri ölkəmizə səfər edəcək
  • “DəmirBank” Avropanın maliyyə təşkilatları ilə yeni müqavilələr imzalayıb
  • ARDNŞ cari il 23 353 metr qazma işi həyata keçirib
  • Auksion Mərkəzində 40 Səhmdar Cəmiyyətin səhmlərinin növbəti pul hərracı keçiriləcək
  • Goranboyun qaz təchizatı sistemində yeniləşdirmə işləri aparılır
  • Belçikada “Novruz gecəsi” keçiriləcək
  • YAP Binəqədi rayon təşkilatının 17-ci ildönümü münasibətilə tədbir keçirilib
  • Bakıda “Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə” adlı beynəlxalq konfrans keçiriləcək
  • Səhiyyə naziri Oqtay Şirəliyev İtaliyada 5-ci nazirlər konfransında iştirak edir
  • Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına İraqa getməməyi tövsiyyə edir

  •  
    BANNERİMİZ
     
    kod almaq: