Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Azərbaycanı "Eurovision-2010"-da təmsil etmək iddiasında olan finalçılar xəstəxanaya aparılıb
Azərbaycanı bu ilin mayında "Eurovision-2010" müsabiqəsində təmsil etmək iddiasında olan üç milli finalçı - Məryəm Şabanova, Səfurə Əlizadə və "Milk&Kisses" qrupu kəskin hava şəraiti ilə əlaqədar dünən Heydər Əliyev Beynəlxalq Hava Limanında qalmalı olub. APA-nın məlumatına görə, fevralın 5-də finalçılar hazırlıq keçmək və mahnı yazdırmaq məqsədilə Kiyevə getməli olsalar da, həmin gün səhər saatlarına nəzərdə tutulan uçuş hava şəraiti ilə əlaqədar bir gün sonraya keçirilib.
Gecəni Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirən finalçılar fevralın 6-da yola düşüblər. Onlar Moskvada eniş edib, bir neçə saat gözlədikdən sonra başqa təyyarə ilə Kiyevə uçublar. Finalçılar Bakıdan çıxandan təxminən 30 saat sonra sağ-salamat Kiyevə çatsalar da, uçuşun uzun çəkməsi, habelə uzun müddət hava limanlarında qalmaları onların səhhətində problemlər yaranmasına səbəb olub. Musiqiçilər Kiyevdə dərhal xəstəxanaya aparılıb, həkim müayinəsindən keçiriliblər. "Eurovision" müsabiqəsi üzrə Azərbaycanın musiqi koodinatoru Zəhra Bədəlbəyli APA-ya açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, hava reysləri təxirə salındığından finalçıların Kiyevə uçmasında problem yaranıb: "Bu səbəbdən onlar gecəni Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirdilər. Xəstəxanaya aparılmalarına gəlincə, finalçıların boğazları müayinə olunub. Həkim müayinəsindən sonra onlar otelə aparılıblar".
Z.Bədəlbəyli onu da bildirib ki, artıq finalçılar hazırlıq prosesindədirlər və mahnı yazılışına başlanılıb.
+  -  Çap 
Yerləşdirilib: 09.02.10 | Baxılıb: 300

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •