Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Əhməd Davudoğlu ABŞ və Ermənistana mesaj verdi
"24 apreldən təzyiq faktoru kimi istifadə edərək bizdən protokolları təsdiqləyəcəyimizi gözləməsinlər"

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu uydurma "erməni soyqırımı"nın tanınması ilə bağlı qərar layihəsinin ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin gündəminə daxil edilməsinə kəskin etirazını bildirib. APA-nın "Hürriyet" qəzetinə istinadən yaydığı məlumata görə, Ə.Davudoğlu ermənilərin saxta "soyqırımı"nın ildönümü kimi qeyd etdikləri 24 aprel tarixindən əvvəl - martın 4-də layihənin müzakirəyə çıxarılmasının təsadüf olmadığını deyib.
Münhendən qayıdarkən təyyarədə media mənsublarına açıqlama verən nazirin fikrincə, son həftələrdə baş verənlər - Ermənistan Konstitusiya Məhkəməsinin məlum qərarı, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündə Sery Sarkisyanın destruktiv mövqedən çıxış etməsi və son olaraq "soyqırımı" layihəsinin Konqresdə gündəmə gətirilməsi onu göstərir ki, erməni tərəfi bunları qabaqcadan planlaşdırıb. Ə.Davudoğlu narahatlığını Münhendə ABŞ dövlət katibinin müavini Ceyms Steynberqə çatdırdığını söyləyib: "Onlara dedik ki, Konqresdə baş verənləri siz təsadüf saya bilərsiniz, amma biz bunun təsadüf olmadığını düşünürük. Son həftələrdə ardıcıl baş verən hadisələr bizi ciddi şəkildə narahat edib. Öncə Ermənistan Konstitusiya Məhkəməsi imzaladığımız protokollar haqqında bizim qəbul etməyəcəyimiz şərhlər verdi. Sonra Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Sery Sarkisyan arasında keçirilən görüşdə erməni tərəfi konstruktiv mövqeyindən geri addım atdı. İndi də Amerika Konqresinə bu cür qərar layihəsi gətirilir. Bu üç olayın bir-birinin ardınca baş verməsi bizdə bunun təsadüf olmadığı qənaətini yaradır. Niyə bu layihə indi gündəmə gəlir? 24 apreldən təzyiq faktoru kimi istifadə edərək bizdən doğruluğuna inanmadığımız addımı atacağımızı gözləməsinlər. Bu layihənin gündəmə gətirilməsi nə ABŞ, nə Türkiyə, nə də Ermənistanın mənafeyinə uyğundur. Bu proses həm ABŞ-la ikitərəfli əlaqələrimizə, həm də böyük əziyyətlə bu səviyyəyə gətirdiyimiz Türkiyə-Ermənistan yaxınlaşması prosesinin tıxanmasına səbəb ola bilər. Vaşinqton bizim həssaslıq duyduğumuz məsələlərdə diqqətli olmalıdır".
Qeyd edək ki, Nümayəndələr Palatasına təqdim edilmiş "soyqırımı" layihəsinə 435 konqresmendən 137-si imza atıb. Layihə martın 4-də 46 üzvdən ibarət Xarici Əlaqələr Komitəsində səsə qoyulacaq. Layihə qəbul olunarsa, Nümayəndələr Palatasının gündəminə gətiriləcək.
+  -  Çap 
Yerləşdirilib: 09.02.10 | Baxılıb: 346

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •