Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Mar.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
 




 
 
 
Axtarış: 
Püşkün hökmü
Yığmamız AÇ-2012-nin seçmə tsiklində tanış rəqiblərlə bir qrupa düşdü

Srağagün AÇ-2012-nin seçmə tsiklinin püşkü atıldı və millimizin rəqibləri bəlli oldu. Bu yığmanın qitə birinciliyinin final mərhələsinə düşmək üçün beşinci cəhdidir.
Mərasim yarışa ev sahibi iki ölkədən biri - Polşanın paytaxtı Varşavada, 235 metr hündürlüyə malik olan və yarım əsr öncə SSRİ-nin yardımı ilə tikilən Mədəniyyət və Elm sarayında təşkil olundu. Bakı vaxtı ilə saat 15.00-da start götürən və 45 dəqiqə davam edən tədbirə 1150 qonaq qatıldı. Azərbaycanı Polşada millinin çalışdırıcısı Berti Foqts və AFFA-nın baş katibi Elxan Məmmədov təmsil etdi. 100-dən çox ölkədə canlı yayınlanan, təqribən 600 milyondan çox tamaşaçının televiziya ekranlarından izlədiyi mərasimin aparıcısı funksiyasını ukraynalı Maşa Yefrosinina və polşalı Pyotr Sobçinski həyata keçirdi. UEFA-nın italyan baş katibi Canni İnfantininin tədbiri giriş sözü ilə açıq elan etməsinin ardından təşkilatçıların əvvəlcədən müəyyənləşdirdiyi 4 "futbol səfiri" torbadan şarları çıxarmağa başladı. Bunlar Ukraynadan Oleq Bloxin və Andrey Şevçenko, Polşadan isə Zbiqnev Bonek və Ancey Şarmah idi. Püşkatma nəticəsində 9 qrup formalaşdı ki, bunlardan 6-da (A-F) 6, digər 3-də (G-İ) isə 5 yığma mübarizə aparacaq. Səbətdən öncə ölkəmizin adı çıxdı, bu səbəbdən təbii olaraq birinci qrupa (A qrupu) düşdük:
A qrupu: Almaniya, Türkiyə, Avstriya, Belçika, Qazaxıstan, AZƏRBAYCAH.
B qrupu: Rusiya, Slovakiya, İrlandiya, Makedoniya, Ermənistan, Andorra.
S qrupu: İtaliya, Serbiya, Şimali İrlandiya, Sloveniya, Estoniya, Farer adaları.
D qrupu: Fransa, Rumıniya, Bosniya və Herseqovina, Belarus, Albaniya, Luksemburq.
E qrupu: Hollandiya, İsveç, Finlandiya, Macarıstan, Moldova, San Marino.
F qrupu: Xorvatiya, Yunanıstan, İsrail, Latviya, Gürcüstan, Malta.
G qrupu: İngiltərə, İsveçrə, Bolqarıstan, Uels, Çernoqoriya.
H qrupu: Portuqaliya, Danimarka, Horveç, Cənubi Kipr, İslandiya.
İ qrupu: İspaniya, Çexiya, Şotlandiya, Litva, Lixtenşteyn
Oyunlar cari ilin sentyabrından 2011-ci ilin noyabrına qədər davam edəcək. Mühüm yenilik ondan ibarətdir ki, seçmə mərhələnin görüşləri hər iki halda bir günü əvvələ çəkilib: çərşənbə axşamı və cümə günləri. 9 qrup qalibi final mərhələsinə birbaşa vəsiqə qazanacaq, onlara bir ən yaxşı ikinci də qoşulacaq. Digər 8 qrup ikincisi 2011-ci ilin 11-12 və 15 noyabrında pley-off matçlarında 4 xoşbəxti müəyyən etməyə çalışacaq. Avropa çempionatının final mərhələsi isə iyunun 8-dən iyulun 1-nə kimi keçiriləcək. Qrupumuzda oyunların təqvimi fevralın 18-i dəqiqləşəcək. Baş katib Elxan Məmmədovun dediyinə görə, müzakirələr aparılması üçün Almaniyanın Frankfurt şəhəri ən uyğun məkan sayılıb.
Mişel Platinin püşkatmadan öncə təşkil olunmuş mətbuat konfransında söylədiyi kimi, siyasi gərginlik yaşayan Azərbaycanla Ermənistan, eləcə də Rusiya və Gürcüstanın bir qrupa düşməməsinə xüsusi fikir verildi.
Maraqlıdır ki, qrupumuzda yer alan 5 kollektivin hər biri ilə müxtəlif illərdə eyni qrupda yer almışıq. Belədə 5 ölkəni millimiz üçün tanış rəqib adlandırmaq olar. İlk öncə almanlardan başlayaq.
Püşkatmadan sonra bukmeker kontorları yığmaların şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, məşhur "Bwin" kontoru Azərbaycan milli komandasını A qrupunun autsayderi sayır. İddia olunur ki, B.Foqtsun rəhbərlik etdiyi kollektivin birinci yeri tutması ehtimalı çox azdır. Belə ki, yığmamızın qrupdakı qələbəsinə pul qoyanlar bunun reallaşacağı halda, 251 dəfə zənginləşə bilərlər. Digər autsayder Qazaxıstanın əmsalı 201-ə bərabərdir. Qrupumuzun aşkar favoritləri Almaniya 1,25, Türkiyə isə 4,50 əmsala malikdir. Ortabab kimi dəyərləndirilən Belçika (19,00) və Avstriya (29,00) favoritlərdən çox geri qalsa da, autsayderləri də böyük fərqlə arxada qoyub. Azərbaycan futbolçularının qitə çempionu olmaq şansları isə daha cüzi görünür. Yığmamızın bu titulu qazanmaq əmsalı 5001-ə bərabərdir.
Yeri gəlmişkən, A qrupunda keçiriləcək Türkiyə - Azərbaycan qarşılaşmasını NTV telekanalı yayımlayacaq. Apasport.az saytının məlumatına görə, adıçəkilən telekanalın rəhbərliyi bu hüquqa sahib çıxmaqdan ötrü külli miqdarda pul xərcləyib. "Ay-ulduzlular"ın Avro-2012 və DÇ-2014-ün seçmə mərhələsində evdə keçirəcəkləri oyunları Türkiyə daxilində və xaricdə yayımlamaq üçün NTV bu ölkənin futbol federasiyasına 28 150 000 ABŞ dolları ödəyəcək.
Maraqlıdır ki, yayım hüququ əvvəlki ilə müqayisədə, təxminən 2 dəfə baha satılıb. Türkiyə komandasının Avro-2008 və DÇ-2010-un seçmə mərhələsindəki ev oyunlarının ümumi dəyəri 15 050 000 dollar olmuşdu. Berti Foqts: "Çox maraqlı və güclü qrupa düşmüşük. Almaniya favorit olsa da, Türkiyə də güclü komandadır. Onlarla yoldaşlıq görüşü keçirmişik və güclərinə bələdik. Bütün kollektivlə, o cümlədən məşqçilərlə birgə seçmə mərhələ görüşlərinə ciddi hazırlaşmalı, həmçinin təlim-məşq toplanışlarını yüksək səviyyədə keçirməliyik. Uğurlu nəticələr qazanmaq və azarkeşlərə baxımlı futbol nümayiş etdirməyə çalışacağıq".
Yoahim Löv, Almaniya millisinin baş məşqçisi: "Türkiyə ilə birgə qrupun favoritiyik. Bu səbəbdən artıq indidən final mərhələsi haqda düşünürəm. Açığı, püşk məni təəccüblənirmədi. Qeyd edim ki, Qazaxıstan və Azərbaycana getmək heç də asan deyil".
Dik Advokat, Belçika millisinin baş məşqçisi: "Qrupumuzda zəif rəqib yoxdu. Qazaxıstan və Azərbaycan istənilən rəqibə başağrı ola, problem yarada bilər. Fikrimcə, hər bir komandanın final mərhələsinə çıxmaq şansı var".
Ditmar Konstantini, Avstriya millisinin baş məşqçisi: "Qrupumuzda Almaniya və Türkiyə kimi təhlükəli və güclü rəqiblər var. Belçika da səviyyəli komandadı. Azərbaycan və Qazaxıstana gəlincə, bu komandalar bizim əsəblərimizlə oynaya bilər. Hər şeyə rəğmən, hədəfimiz ilk iki yerdən birin tutmaq və final mərhələsinə vəsiqə qazanmaq olacaq".
Bernd Ştork, Qazaxıstan millisinin baş məşqçisi: "Deyərdim ki, çətin qrupa düşmüşük. Favoritlər şübhəsiz, Almaniya və Türkiyə milliləridi. Güclü rəqiblər var və bu da öz növbəsində maraqlı görüşlər vəd edir. Bizim gənc, döyüşkən kollektivimiz var. Onlar Almaniya və Türkiyə kimi komandalarla görüşlərdə özlərini yaxşı tərəfdən göstərmək şansı qazanacaqlar. Alman mütəxəssislər Yoahim Löv və Berti Foqtsa qarşı mübarizə aparmaq maraqlı olacaq. Şübhəsiz, mənim üçün Almaniya ilə qarşılaşmağın xüsusi önəmi var".
Lütfi Arıboğan, TFF-nin viste-prezidenti: "Daha zəif qrupa düşə bilərdik. Rəqiblərimizdən çox bizim oynadığımız futbol həlledici olacaq. Onsuz da Avropa çempionatına rəng qatan, əzmkar kollektivimiz olduğunu, sona kimi döyüşdüyümüzü sübuta yetirmişik. Almaniya, Avstriya və Belçika Avropada ən çox türk həmyerlilərimizin yaşadığı ölkələrdi. Azərbaycan və Qazaxıstanla isə yaxın əlaqələrimiz var. Ona görə də fikrimcə, həmin ölkələrdə özümüzü Türkiyədəki kimi hiss edəcəyik."
Ağasəlim Mircavadov: "Almaniya favoritdi, bu öz yerində. İkinci yer uğrunda Türkiyə mübarizə aparacaq. Onlarda yığmanın baş məşqçisi hələ bilinmir. Əcnəbi mütəxəssis gələcəksə, komandanı qurmaq üçün vaxt istəyəcək. Amma yerli məşqçi futbolçuları tanıdığına görə komandanı tez yığa bilər. Belçikanın oyununu izləmişəm, xoşuma gəlib. Burda məşqçi amili rol oynayır. Türkiyə də turnirin final mərhələsinə çıxmaq istəyir, Avstriya da. Belə baxanda, onlar futbol ölkəsidi. Amma o demək deyil ki, əlimizi yuxarı qaldıracağıq. Bu yığmalardan biri - Almaniya dünya birinciliyinə gedir. Bu seçmə mərhələ bizim uşaqlar üçün böyük imtahandı. Yəni komanda varsa, oynayıb qələbə qazanmaq lazımdı. İkincisi, təqvim necə qurulacaq? Bundan da çox şey asılıdı. Əsas amillərdən biri budu ki, həftədə iki oyundan çox olmasın. Məsələn, Bakıda Avstriyaya oynayıb, uçduq Qazaxıstana, ordan da Türkiyəyə. Məsafə böyük olmamalıdı. Ən azı 3-4 saat havada olacaqlar. Mən belə şeylərə həddən artıq çox fikir verirəm. Bilirsiz, məşq yorğunluğu tez çıxır, amma yol yorğunluğu bütün bədənə yayılır. Onu çıxarmaq üçün ən azı 12 saat lazımdı. Yəni sözümün canı odu ki, kim gedəcəksə, təqvimi bizə uyğun qurmalıdı. Məsələn, sentyabrda birinci oynu evdə Qazaxıstanla oynasaq, uşaqlarda qalib ruhu və inam həddən artıq böyük olar. Düzdü, qazaxlara zəif deməzdim, oyunlarını çox bəyənirəm. Gəlin belə danışaq ki, ən ağır qrup bizdədi. Amma oynamaq, qələbə qazanmaq şərəflidi və mübarizə aparmaq lazımdı. Yer tutmaq haqda heç nə deyə bilmərəm. Rəqiblərə qarşı necə oynayacağıq, elə də xal alacağıq. Sadəcə, işləməli, hər şeyə hazır olmaq lazımdı. Proqnoz verə, neçə xal toplayacağımızı deyə bilmərəm. Çünki futbol elə bir oyundu ki, əvvəlcədən heç nə demək olmaz".
+  -  Çap 
Yerləşdirilib: 09.02.10 | Baxılıb: 74

ONLINE XƏBƏRLƏR
 
  • İranın Şərqi Azərbaycan vilayətində zəlzələ olub
  • Ölkə birinciliyinin qalibləri müəyyənləşib
  • Düşmən üç istiqamətdə mövqelərimizi atəşə tutub
  • Bu gün UEFA-nın Proqram meneceri ölkəmizə səfər edəcək
  • “DəmirBank” Avropanın maliyyə təşkilatları ilə yeni müqavilələr imzalayıb
  • ARDNŞ cari il 23 353 metr qazma işi həyata keçirib
  • Auksion Mərkəzində 40 Səhmdar Cəmiyyətin səhmlərinin növbəti pul hərracı keçiriləcək
  • Goranboyun qaz təchizatı sistemində yeniləşdirmə işləri aparılır
  • Belçikada “Novruz gecəsi” keçiriləcək
  • YAP Binəqədi rayon təşkilatının 17-ci ildönümü münasibətilə tədbir keçirilib
  • Bakıda “Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə” adlı beynəlxalq konfrans keçiriləcək
  • Səhiyyə naziri Oqtay Şirəliyev İtaliyada 5-ci nazirlər konfransında iştirak edir
  • Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına İraqa getməməyi tövsiyyə edir

  •  
    BANNERİMİZ
     
    kod almaq: