Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Yığmamız arzuolunmaz rəqiblər siyahısında!
Avstriyalılar belə qənaətə gəliblər

Avro-2012-nin seçmə mərhələsinin fevralın 7-də atılacaq püşkü ərəfəsində iştirakçı ölkələrin əksəriyyətində arzulanan və arzuolunmaz rəqiblərlə bağlı müzakirələr gedir. Apasport.az saytının məlumatına görə, avstriyalı həmkarlarımız seçmə mərhələdəki rəqiblərlə bağlı müəyyən fikrə gəliblər. Maraqlıdır ki, onların seçimində Azərbaycan milli komandasının da adı hallanır. Avstriyalılar son vaxtlar yüksəlişdə olan yığmamızı arzuolunmaz rəqiblərin siyahısına daxil ediblər.
6 komandanın mübarizə aparacağı qrupa düşmək istəyən mərkəzi avropalılar 6-cı - yəni sonuncu səbətdə hamıdan güclü saydıqları millimizdən uzaq düşmək arzusundadırlar. Avstriya üçün arzuolunmaz elan olunan komandalar siyahısında Azərbaycanla yanaşı, I səbətdən İspaniya, II səbətdən Yunanıstan, IV səbətdən Sloveniya və V səbətdən Çernoqoriya var. III səbətdə yer alan avstriyalılar millimizi yayda CAR-da keçiriləcək DÇ final mərhələsinin 3 iştirakçısı sırasına qoyub. Avstriyalıların xəyallarında canlanan ideal qrup isə Xorvatiya (I səbət), İsveç (II səbət), Belarus (IV səbət), Lixtenşteyn (V səbət) və San-Marinodan (VI səbət) ibarətdir. Xatırladaq ki, seçmə mərhələnin 51 komandası 5-də 9, 1-də 6 komanda olmaqla 6 səbətə bölünüb. Sonuncu səbətin komandaları düşən qruplarda 6, digər 3 qrupda 5 komanda mübarizə aparacaq.
I səbət: İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Xorvatiya, Portuqaliya, Fransa, Rusiya.
II səbət: Yunanıstan, Çexiya, İsveç, İsveçrə, Serbiya, Türkiyə, Danimarka, Slovakiya, Rumıniya.
III səbət: İsrail, Bolqarıstan, Finlandiya, Norveç, İrlandiya, Şotlandiya, Şimali İrlandiya, Avstriya, Bosniya və Herseqovina.
IV səbət: Sloveniya, Latviya, Macarıstan, Litva, Belarus, Belçika, Uels, Makedoniya, Kipr.
V səbət: Çernoqoriya, Albaniya, Estoniya, Gürcüstan, Moldova, İslandiya, Ermənistan, Qazaxıstan, Lixtenşteyn.
VI səbət: AZƏRBAYCAN, Lüksemburq, Malta, Farer adaları, Andorra, San-Marino.
+  -  Çap 
Yerləşdirilib: 05.02.10 | Baxılıb: 309

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •