Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"İnter"də üç yeni futbolçu
Təzələr "Korona", "Salernitana" və "Anyi"dən gəliblər

Bakının "İnter" klubu üç yeni futbolçu alıb. Bu haqda apasport.az saytına komandanın prezidenti Georgi Nikolov məlumat verib. Onun sözlərinə görə, transfer etdikləri legionerlərdən ikisi müdafiəçi, biri yarımmüdafiəçidir.
"24 yaşlı Paulis Paknis litvalıdır. Müdafiənin sağ cinahında çıxış edir. Mahir Şükürovun "Anyi"yə gedişindən sonra bizə bu mövqeyə futbolçu lazım idi. O, komandamıza Polşanın yüksək liqasında mübarizə aparan "Korona" klubundan gəlib. Digər transferimiz 26 yaşlı Filip Maşado da cinah müdafiəçisidir, sol cinahda oynayır. İtaliyanın B seriyasında çıxış edən "Salernitana" klubunun futbolçusu olub. Azad agent kimi gəldiyindən keçidinə görə əlavə xərcə düşməmişik. Filip braziliyalı olsa da, İtaliya vətəndaşlığını da daşıyır. Rusiyanın "Anyi" klubundan gələn 24 yaşlı Georgi Navalovski isə yarımmüdafiəçidir. Gürcüstan milli komandasının da üzvü olan bu gənc futbolçu bizə məsləhət olundu" - deyə G.Nikolov bildirib. Paytaxt təmsilçisi qış fasiləsində yeni oyunçuları olan bu üçlüyün keçidini "transfer pəncərəsi"nin bağlanması ərəfəsində həll edib. G.Nikolov bildirib ki, yeni legionerlərlə müqavilələr yarım illikdir: "Paknis və Maşadonu artıq sifariş etmişik. İştirak ərizəmizdə olan bu legionerlərlə mövsüm bitəndən sonra müqavilələrin müddəti uzadılması mümkündür. Georgi isə bizə icarəyə verilib. Bu ilin iyuluna kimi onun xidmətindən istifadə edə bilərik. Navalovskinin transferi ilə bağlı Rusiyadan sənəd elə indicə mənə təqdim olunub. "Transfer pəncərəsi" bu gün bağlanır. İş gününün sonuna kimi vaxtımız var və Navalovskinin də sifarişini çatdıracağıq".
Qeyd edək ki, Navalovski 2008-ci ildə Rusiyaya gələnə kimi vətənində "Dinamo" (Tiflis), "Olimpi" (Rustavi) klublarında oynayıb. O, "Anyi"nin heyətində Rusiya çempionatının birinci divizionunda iki mövsümdə 40 oyun keçirib. Maşado ölkəmizdə oynayan ikinci italiyalı olacaq. Onun "İnter"də komanda yoldaşı, həmyerlisi olan qapıçı Raymondo Vilson da İtaliya vətəndaşlığını daşıyır. Paknisin gəlişindən sonra "İnter"də litvalı futbolçuların sayı 2-yə çatdı. Onun həmyerlisi olan təcrübəli hücumçu Robertas Poşkus cari mövsümdən ölkəmizdə oynayır.
+  -  Çap 
Yerləşdirilib: 05.02.10 | Baxılıb: 305

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •