Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Humadan qeyri-adi açıqlamalar
Fransalı futbolçu Zidanla əsgərlik yoldaşı olduğunu bildirib

"Beşiktaş" azarkeşlərinin heç cür unuda bilmədiyi Paskal Huma həmişə olduğu kimi, bu dəfə də qeyri-adi açıqlamalarıyla gündəmə gəlib. Qeyd edək ki, o, "Qartal"ın heyətində çıxış edərkən azarkeşlərin ən sevimli futbolçularından biri olub. Bugünlərdə "Kanal 24" kanalının qonağı olan fransalı futbolçu "Beşiktaş"da oynadığı illərə qayıdıb. İlk öncə o, maraqlı etirafıyla gündəmə gəlib: "Beşiktaş"dakı illər karyeramın zirvəsinə yüksəldiyim anlar idi. Bu komandada oynamaqdan zövq alırdım. Bir dəfə tətil üçün İstanbuldan ayrılaraq Fransaya getmişdim. Gözlənilmədən "Qalatasaray" rəsmiləri mənə zəng vuraraq görüşmək istədiklərini dedilər. Düzünü desəm, bir qədər təəccübləndim. Amma razılaşdım. Daha sonra menecerimi axtardılar və evimə yaxın bir yerdə görüşdük. Amma transfer baş tutmadı. Düşünürəm ki, onlar indiyə qədər də mənim yolumu gözləyirlər". Qalmaqallı sabiq futbolçunun növbəti sözləri belə olub: "Ötən mövsüm "Beşiktaş"la vida görüşümü keçirmək niyyətində idim. Artıq rəhbərliklə hər şeyi müzakirə edib razılığa gəlmişdik. Üstəlik, Zidan, İlhan Mansız kimi futbolçuları da dəvət edəcəkdik. Hər şey əla getdiyi bir vaxtda yalnız bir adamın üstündə bu oyun baş tutmadı. Həmin şəxs Mustafa Dənizli idi. Amma bu yaxınlarda bu cür oyun keçirmək niyyətindəyəm. Ən geci iyun ayında bu oyun mütləq baş tutacaq. Yenidən "İnönü"yə qayıtmağı səbirsizliklə gözləyirəm. Futbolçu orda özünü Sezarın döyüşçüsü kimi hiss edir. Yəni belə desək, ölməmək üçün düşməni öldürməlisən. Mən də həmişə bunu edirdim".
Huma sonra daha bir maraqlı etirafıyla yadda qalıb: "Beşiktaş"dan ayrıldıqdan sona xərçəng xəstəliyinə tutulmuşdum. Bunu ilk dəfədir açıqlayıram. Düz 7 ay müalicə olundum. İstanbula qayıtdıqdan sonra yaşadıqlarımı isə heç vaxt unutmaram. Həkimlər mənə futbol oynamağı qadağa qoymuşdular". Qaradərili futbolçu sonda məşhur fransalı futbolçu Zidanla əsgərlik yoldaşı olduğunu da qeyd edib: "Həmin vaxtlar çox yaxşı yadımdadır. Ümumiyyətlə, Zidanla bir-birimizi 14 yaşından tanıyırıq. Hələ o yaşda onun digərlərindən çox fərqləndiyini hiss etmişdim. 18 yaşında isə Fransa ordusuna qatıldıq. Burda isə bizim iki variantımız var idi: ya orda qalaraq əsgərlik həyatı yaşamaq, ya da ordunun yığma komandasıyla Hollandiyadakı turnirə qatılmaq. Əlbəttə, biz ikincini seçdik. Çox gözəl turnir təşkil edilmişdi. Finala qədər yüksəldik, finalda isə Türkiyəyə məğlub olduq. Onlardan qələbə qolunu isə Hakan Şükür vurmuşdu".
+  -  Çap 
Yerləşdirilib: 05.02.10 | Baxılıb: 299

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •