Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Mar.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
 




 
 
 
Axtarış: 
SİTM-nin rəhbəri Mübariz Əhmədoğlu 2010-cu il yanvar ayının beynəlxalq və regional ictimai-siyasi proseslərinin ümumi yekunları i
Dünən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri Mübariz Əhmədoğlu 2010-cu il yanvar ayının beynəlxalq və regional ictimai-siyasi proseslərinin ümumi yekunları ilə bağlı hesabat verib. M.Əhmədoğlu ilk olaraq mətbuat işçilərinə belə bir təklif ünvanlayıb: "Gəlin sizinlə birlikdə bir komissiya yaradaq və ortaya qoyaq ki, doğrudan da Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın dilindən bəzi terminlər düzgün səslənmir. Yəni fakt olaraq rəsmi sənədlər var. Ermənistan XİN-in rəsmi saytında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Afinada imzalanmış sənəd təhrif olunub. Guya ki, bu sənəddə yalnız xalqların öz müqəddəratını təyin etməsi prinsipi yer alıb. Halbuki həmin sənəddə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb". Politoloq bildirib ki, Azərbaycanın builki siyasi nailiyyətlərinin inkişafında Rusiya ilə siyasi münasibətlərin möhkəmləndirilməsi və digər xarici dövlətlərlə əlaqələrin genişləndirilməsi böyük rol oynayacaq. Daha sonra isə o, Mövlud Çavuşoğlunu AŞ PA-nın sədri seçilməsi münasibətilə təbrik edərək: " Bir türk övladının bu uğuruna və ən əsası da Türkiyənin iyun ayında BMT-nin Təhlükəsizlik Şurasının sədri olacağına çox sevinirəm. Azərbaycan 2010-cu ilə daha optimist yanaşmalıdır ". Azərbaycanın öz siyasətini çox yüksək səviyyədə apardığını bildirən M.Əhmədoğlu Türkmənistanla münasibətlərimizə toxundu: "Türkmənistanın bizimlə bağlı siyasətində müsbət istiqamətdə dəyişikliklər var. Bununla bağlı versiyalar var. Ancaq bunlar haqqında hələ məlumat verə bilmərəm. Onlar Azərbaycanı çox ciddi bir qonşu ölkə kimi qəbul edir. Türkdilli ölkələr arasında bizə ən yaxın olanı bəlkə də Türkmənistandır və bu baxımdan da Türkmənistanla Azərbaycanı qarşı-qarşıya qoymaq strategiyası hazırlanır".
M.Əhmədoğlu Ermənistanla bağlı fikirlərini daha sərt bildirib: "Rusiya cənubda ermənilərin separatizm bayrağını endirməyəcəksə, onları bayraq qarışıq yer üzündən silməyəcəksə, mən Şimali Qafqazda Rusiyanın apardığı proseslərin təhlükəsizliyə, sabitliyə və Azərbaycanın xeyrinə bir nəticə verəcəyinə inanmıram. Ermənistanın qaldırdığı bayraq sovet hakimiyyətinin dağılmasına səbəb oldu və o bayraq Cənubi Qafqazda yellənəcəksə, bir azdan Rusiyanın dağılmasına gətirib çıxara bilər ".
O, Türkiyədə yaşayan Ermənistan ermənilərinin təcili olaraq qardaş ölkənin ərazisindən çıxarılmasının vacib olduğunu qeyd edib. Dünya ölkələri və mətbuatları arasında Ermənistanın adının heç də yaxşı hallanmadığını bildirən politoloq Türkiyə-Azərbaycan münasibətlərinin qısa müddət ərzində çətinliyə düşməsinin səbəbkarının ermənilər olduğunu söyləyib. M.Əhmədoğlu Ermənistanı antitürk dövlət adlandırıb. Politoloq bildirib ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması və sərhədlərin açılması ilə bağlı Sürix protokollarının Ermənistan Konstitusiya Məhkəməsində müzakirəsi və qəbul olunan qərar yeni situasiya yaradıb: "Əslində, Ermənistan rəsmiləri hadisələrin bu cür inkişaf edəcəyini bilirdilər. Xarici işlər naziri Edvard Nalbandyan yanvarın 12-də Yerevanda Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarı hələ oktyabrın 10-da Sürixdə protokola yazmaq istəyirdi. Hətta o, imzalanma mərasimindəki bəyanatında bu fikirləri səsləndirməliydi. Amma Rusiya və ABŞ-ın "imzala, çıx get" mesayından sonra Ermənistanın rəsmi mövqeyinin açıqlanması yanvarın 12-nə qaldı".
M.Əhmədoğlunun fikrincə, Türkiyə "sıfır" problem əldə etmək üçün Ermənistanla "sıfır" münasibətlər formulunu yaratmalıdır. SİTM sədrinin sözlərinə görə, Ermənistan protokolların imzalandığı ərəfədə və imzalanma mərasimindən sonra xeyli qazanc əldə edib: "Dünya maliyyə böhranı dövründə Ermənistan külli miqdarda kredit cəlb edə bildi. Müstəqil olduğu 17 il ərzində cəmi 1,7 milyard dollar kredit cəlb edə bilmiş Ermənistan 2-3 ay ərzində Beynəlxalq Valyuta Fondundan 823 milyon, Dünya Bankından 545 milyon, Rusiyadan 500 milyon dollar kredit aldı. Asiya İnkişaf Bankından 500 milyon dollarlıq kreditin alınması ilə bağlı razılıq əldə olundu. Ötən müddət ərzində Ermənistan Avrasiya İnkişaf Bankına 500 milyon dollarlıq həcmində 8 biznes-layihəsi təqdim edib".
İrana gəlincə, M.Əhmədoğlu bildirib ki, Ermənistan-İran münasibətləri əvvəlki qədər yaxşı deyil. Lakin İran Ermənistanı əldən buraxmaq istəmir. Ermənistan İranın antitürk siyasətini həyata keçirməsi üçün bir alətdir. İranın Azərbaycana qarşı münasibətləri heç də göründüyü kimi səmimi deyil.


İlkin MURADOV
+  -  Çap 
Yerləşdirilib: 05.02.10 | Baxılıb: 96

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Mehdi Səfərini qəbul edib
  • Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclası keçirilib
  • Şeyxülislam Hacı Allahşükür Paşazadə “Aypara və Ulduz” ordeni ilə təltif olunub
  • Ombudsman YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbərini qəbul edib
  • Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv oluna bilər
  • Ə.Həsənov: “Dağlıq Qarabağ narkotik vasitələrin becərilməsi, tranziti və terrorçu qruplaşmaların hazırlanması üçün əsas ərazilərdən biridir”
  • Dünya dini liderlərinin Bakıda keçiriləcək sammitinin vaxtı dəqiqləşib
  • ATƏT-in söz və media azadlığı üzrə yeni nümayəndəsi təyin olunub
  • Allahşükür Paşazadə: “Qəsdən adam öldürənlərin, narkotikə görə həbs edilənlərin əfv olunması işinə qarışmıram”
  • Milli təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ərəfəsində tədbir keçirilib
  • Bakıda Xəzəryani dövlətlərin müxtəlif səviyyəli nümayəndələri arasında iclas keçirilir
  • Elmar Məmmədyarov: “ABŞ Konqresində qondarma soyqırım yox, Cənubi Qafqazdakı vəziyyət müzakirə olunmalıdır”
  • Xəzərdə nərəkimilərin ovuna dair kvotanın müəyyənləşməsinə dair iclasın keçirilməsi nəzərdə tutulub

  •  
    BANNERİMİZ
     
    kod almaq: