Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Mar.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
 




 
 
 
Axtarış: 
İqtisadi Əməkdaşlıq Təşkilatının səmərəliliyi hələ çox aşağıdır
Mahmud Məmmədquliyev: "Həmişə demişik ki, təşkilatda islahatlar aparılmalıdır"

2012-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) baş katiblik vəzifəsi Azərbaycana keçəcək. Bu barədə dünən yurnalistlərə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib. Nazir müavini Azərbaycanın adıçəkilən təşkilata qarşı ciddi münasibət nümayiş etdirdiyini bildirib: "Çünki biz hesab edirik ki, bu təşkilatın əhatə etdiyi region çox mühüm üstünlüklərə malikdir. Birinci növbədə, onların coğrafi yerləşməsi xüsusi əhəmiyyət daşıyır".
Belə ki, region Avropa-Asiya arasında ən qısa və ən səmərəli nəqliyyat dəhlizidir. Eyni zamanda, bu ölkələrin milli sərvətləri, eləcə də insan potensialı çox böyükdür. Bu üstünlüklərin qarşısında isə təşkilatın fəaliyyətində səmərə istənilən səviyyədə deyil: "Biz bu fikri dəfələrlə ən yüksək səviyyədə - İƏT-in Nazirlər Şurasında səsləndirmişik. Hesab edirik ki, bu təşkilatın effektliyi, nəticələri hələ çox aşağıdır. Bizim mövqeyimiz belədir ki, təşkilatın səmərəliliyi yüksəldilməlidir. İşləmək, mühüm layihələr hazırlamaq, onları həyata keçirmək lazımdır. Həmişə demişik ki, təşkilatda islahatlar aparılmalıdır. Təxminən 90-cı illərin əvvəllərində yaradılan təşkilat 20 ildən çoxdur ki, fəaliyyətdədir. Bu 20 il ərzində işlər görülüb, amma təşkilatın səmərəliliyi daimi olaraq artırılmalıdır. İnsanlar görməlidirlər ki, doğrudan da bu təşkilatın fəaliyyəti nəticəsində hansısa işlər yerinə yetirilib".
M.Məmmədquliyevin sözlərinə görə, təşkilatın layihələrində önəm verilməli sahələr çoxdur: "Təşkilat bu gün 20-dən artıq sahəni əhatə edir. Amma hesab edirik ki, prioritetlər olmalıdır. Prioritetlərdə nəqliyyat əsas yer tutmalıdır. Çünki regionun nəqliyyat sahəsində çox böyük imkanları var. Tranzit dəhliz yaradıla və çox səmərəli işləyə bilər". Nazir müavini əsas fəaliyyət istiqamətlərində ticarət kimi sahələrə diqqət ayrılmasının vacibliyini də vurğulayıb: "Amma hesab edirəm ki, hazırda biz öz resurslarımızı bir qədər pərakəndə istifadə edirik. 20 sahəni birdən əhatə etməkdənsə, öz qüvvələrimizi, resurslarımızı 4-5 sahəyə yönəltməli və bu sahələrdə nəticə əldə etməliyik. Nəticələr əldə etdikdən sonra isə digər sahələrə keçmək olar. Fevral ayında təşkilatın digər mühüm qolunun - Regional Planlaşdırma Komissiyasının iclası olacaq. Orada Azərbaycan şübhəsiz ki, yenə də bu mövqeyini bildirəcək və təkliflərini irəli sürəcək".
M.Məmmədquliyev ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesindən də danışıb. Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə komissiyanın sədr müavini hal-hazırda bu sahədə işlərin davam etdirildiyini bildirib: "İlk növbədə xidmətlər sahəsində təkliflər hazırlanıb. Dörd ölkə - Amerika, Avropa İttifaqı, Yaponiya və Cənubi Koreya Azərbaycan tərəfinin baxması üçün xidmətlər sahəsi ilə bağlı müəyyən təkliflər veriblər. Təkliflərə baxmışıq. Bizim yeni təkliflərimiz bu gün-sabah həmin ölkələrə ikitərəfli əsasda təqdim olunacaq". Azərbaycanın ÜTT-yə üzvlüklə bağlı Danışıqlar Qrupuna da rəhbərlik edən nazir müavini bildirib ki, ÜTT üzvlərinin Azərbaycan tərəfinə ünvanladığı sualların cavabları da hazırlanma mərhələsindədir: "Avropa İttifaqının verdiyi suallar artıq hazırlanıb, onlar bir də nəzərdən keçirilir. Şübhəsiz ki, yaxın günlərdə bunlar da ÜTT-nin katibliyinə təqdim olunacaq. ABŞ suallarını verməkdə bir qədər gecikmişdi. Amma bu suallar da hazırlanır və tezliklə təqdim olunacaq".
M.Məmmədquliyev Azərbaycan tərəfinin mallar sahəsi üzrə də yeni təkliflər hazırladığını vurğulayıb: "Fevralın 5-də iqtisadi inkişaf naziri Şahin Mustafayevin sədrliyi ilə ÜTT-yə daxil olma üzrə Komissiyanın iclası keçiriləcək. Yeni təkliflər müzakirə edilməlidir. Əgər bu təkliflər qəbul olunsa, biz onları da ÜTT katibliyinə təqdim edəcəyik".
Nazir müavini təşkilata üzvlük prosesində aparılan digər işlərdən də söz açıb. Belə ki, hazırda ölkə qanunvericiliyinin ÜTT tələblərinə, təşkilatın sazişlərinə uyğunlaşdırılması sahəsində işlər gedir: "Hesab edirəm ki, marta qədər danışıqlar mümkün olmayacaq. Amma ilin birinci yarısında Cenevrədə, eləcə də digər paytaxtlarda ikitərəfli görüşlər, danışıqların növbəti mərhələsi və digər tədbirlərin görülməsi mümkündür. Nəhayət, həmin dövrdə Cenevrədə Azərbaycan üzrə işçi qrupunun iclası baş tuta bilər". Onun sözlərinə görə, tərəflər arasında razılaşdırılmayan çoxlu məsələlər də qalmaqdadır: "ÜTT üzvləri bəzi təkliflərinin qəbul olunmasını təkid edirlər. Amma biz bu təkliflərin hamısını qəbul edə bilmərik. Razılaşdırılmayan məsələlər kənd təsərrüfatına daxili yardım, mallar, xidmətlər sahələri ilə bağlıdır. Hesab edirik ki, o təkliflər bizi qane etmir, bizim iqtisadi məqsədlərimizə, iqtisadi inkişafımıza uyğun deyil. Amma şübhəsiz ki, biz onlarla danışacağıq. Çalışacağıq ki, kompromis variant tapaq". Azərbaycan tərəfi üçün xüsusi önəm daşıyan digər məsələ isə ÜTT-yə daxil olma statusu ilə bağlıdır: "Biz bu fikrimizin üstündə dururuq ki, Azərbaycan təşkilata inkişaf etməkdə olan ölkə statusu ilə daxil olmalıdır".


HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 05.02.10 | Baxılıb: 112

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev səfir Ərşad Ömər İsmayılı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
  • Bakıda Çıraq Neft Layihəsinə sanksiya verilməsi münasibətilə imzalanma mərasimi keçirildi
  • “Uşaqların ailələrə verilməsi və nativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinə start verildi
  • Bakıda “Caspian Banking and Finance” 6-cı Beynəlxalq Banklar və Maliyyə konfransı keçiriləcək
  • Gənc xanım modelyerlərin festivalı keçiriləcək
  • ATƏT PA-nın prezidenti Joao Soareşin Cənubi Qafqaz respublikalarına səfəri başlayıb
  • Bu gün Polşanın Baş naziri Donald Tusk Azərbaycana rəsmi səfər edəcək
  • Deputat Dünyamin Xəlilov Qırğızıstanda ekspert görüşündə iştirak edir
  • Deputatlarımız AŞ PA-nın büro və komitə iclaslarında iştirak edəcəklər
  • Koreyanın torpaq, nəqliyyat və dəniz işləri naziri Chung Jong-Hwan Azərbaycana səfərə gəlir
  • Hərbçilərimiz NATO-nun tədbirlərinə qatılacaqlar
  • Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin arasında Azərbaycan vətəndaşı yoxdur
  • Bu gün Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

  •  
    BANNERİMİZ
     
    kod almaq: