|
Bir ailənin üç üzvü dünyasını dəyişib
Dəm qazından daha bir boğulma faktı qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, bir ailənin üç üzvü dəm qazından boğulub. Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində 53 yaşlı Rasim Hümbətov yaşadığı evdə dəm qazından zəhərlənib. Onun övladları - 20 yaşlı Fatma, 18 yaşlı Gülşən və 17 yaşlı Aysel isə dəm qazından boğularaq ölüblər. Faktla bağlı araşdırmalar aparılır. Zərdab rayon sakini, 14 yaşlı Camal Camalzadə hamamda olarkən dəm qazından boğularaq ölüb.
|