|
Maşının sahibi Rusiya vətəndaşı olub
Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırılmasının üstü açılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılan Bakı şəhər sakini Emin Məmmədovdur. E.Məmmədov Rusiya Federasiyası vətəndaşı Xanlar Sadıqova məxsus "Toyota-Prado" markalı avtomaşını qaçırmaqda təqsirləndirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.
|