|
Ötən ilin avqustunda yoxa çıxan Ayaz Nağıyevi həmyerlisi qətlə yetirib
Göygöl polisi qətl hadisəsinin üstünü açıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, ötən ilin avqustunda yoxa çıxan Göygöl rayonunun Yeni Qızılca kənd sakini Ayaz Nağıyevin taleyinə aydınlıq gətirilib. Belə ki, həmin vaxt A.Nağıyev evdən çıxıb və bir daha geri qayıtmayıb. Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nağıyevin 2009-cu il dekabrın 19-da Yeni Qızılca kənd sakini Zaur Nağıyev tərəfindən qarət məqsədi ilə balta və bıçaqla qətlə yetirilməsi müəyyən edilib. Əvvəllər də məhkumluq həyatı yaşayan Z.Nağıyev A.Nağıyevi qətlə yetirdikdən sonra meyiti Şəmkir rayonu ərazisindəki Su Elektrik Stansiyasının yaxınlığındakı çuxura atıb. Keçirilən əməliyyat-tədbirləri nəticəsində Z.Nağıyev tutulub. Faktla bağlı cinayət işi başlanılıb və hazırda istintaq hərəkətləri davam etdirilir.
|