|
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 43 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, qeydə alınan cinayətlərin 32-i "isti izlər"lə açılıb. Həmçinin, ötən günlərdən bağlı qalan 6 cinayətin üstünü açmaq mümkün olub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında baş verən 1 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər dünyasını dəyişib. Gün ərzində 12 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 1 nəfər ölüb, 8 nəfər isə yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 30 nəfər saxlanılıb.
|