|
Xeirxah Reza 5 il müddətinə azadlıqdan məhrum edilib
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə terror barədə məlumat verməkdə təqsirli bilinən əcnəbinin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında İran vətəndaşı Xeirxah Reza Moxtur oğlu cavab verib. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub. İttihama görə, Xeirxah Reza 2009-cu il sentyabrın 12-də Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün altına bomba qoyulması barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində məlumat təsdiqini tapmayıb və Xeirxah Reza həbs edilib. Məhkəmənin hökmü ilə İran vətəndaşı 5 il müddətinə azadlıqdan məhrum edilib.
|