Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Misir Mərdanov qəbul imtahanlarının nəticələrindən narazıdır
Təhsilin səviyyəsini aşağı düşürən səbəblər araşdırılmalıdır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünən Bakı şəhərində 2009/-2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib. Zona müşavirəsində təhsil naziri Misir Mərdanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, müvafiq dövlət qurumlarının əməkdaşları, ekspertlər, eləcə də Binəqədi, Əzizbəyov, Nərimanov, Nəsimi, Nizami, Qaradağ, Sabunçu, Səbail, Suraxanı, Xətai, Yasamal, Şuşa, Zəngilan, Xocalı və Xocavənd rayonlarının məktəb direktorları və müəllimləri iştirak ediblər. Müşavirədə çıxış edən təhsil naziri Misir Mərdanov builki qəbul imtahanlarının nəticələrindən narazı qaldığını deyib: "Etiraf edirəm ki, qəbul imtahanlarının nəticələri keçən illərə nisbətən aşağı səviyyəyə düşüb. Bu, məni bir təhsil naziri kimi çox düşündürür. Cəmiyyətdə də belə bir fikir yaranıb ki, son bir il ərzində təhsilin səviyyəsi aşağı düşüb. Bunun səbəbləri araşdırılmalıdır. Ümumi istəyimiz ondan ibarətdir ki, Azərbaycan təhsili yüksək səviyyədə olsun".
TQDK sədri Məleykə Abbaszadə isə ali məktəblərə qəbulla bağlı statistik göstəricilərdən söhbət açıb: "Bakı şəhərinin orta ümumtəhsil məktəblərini 2009-cu ildə 25244 şagird bitirib və onların 23005 nəfəri attestat alıb. Attestat alanların 93,48 faizi, yəni 21504 nəfəri qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən, şəhərin 9030 məzunu tələbə adını qazanıb. Onların 35,71 faizi dövlət ali məktəblərinin ödənişsiz, 51,09 faizi ödənişli ixtisaslarına, 13,20 faizi isə özəl ali məktəblərə qəbul olub". Şəhərin məzunlarının 1727 nəfəri 500-dən, o cümlədən 404 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Paytaxt abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 241.044-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 13,7 faiz yuxarıdır. Belə ki, 0-100 intervalında 23,80 faiz, 100-200 intervalında 21,61 faiz, 200-300 intervalında isə 20,81 faiz bal toplayıb. Bundan başqa, 300-500 intervalında bal toplayanlar 5537 nəfər, 500-dən yuxarı bal toplayanlar isə 1727 nəfər təşkil edib. Beləliklə, şəhərin abituriyentlərinin yalnız 33,78 faizi 300-dən yuxarı bal toplayıb. Komissiya sədrinin sözlərinə görə, şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 9,74 faizi qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərib: "500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 56,41 faizdir. Qəbul imtahanlarında 310 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 184, 197 və 295 saylı orta məktəblərin abituriyentlərinin topladığı orta bal 100-dən aşağıdır". M.Abbaszadə bildirib ki, Azərbaycan bölməsində bütün imtahan fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır: "Abituriyentlərin qəbul imtahanlarında topladıqları orta bal 234.444-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 13,3 faiz yuxarıdır. Rus bölməsində isə bütün imtahan fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Ana dili, riyaziyyat, fizika, kimya, coğrafiya, ingilis dili fənləri üzrə şəhərin göstəriciləri respublika üzrə ən yüksək göstəriciyə bərabərdir. Abituriyentlərin qəbul imtahanlarında topladıqları orta bal 265.857-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 5,8 faiz yuxarıdır".
M.Abbaszadə Şuşa, Zəngilan, Xocalı və Xocavənd rayon məktəblərinin göstəricilərindən də söhbət açıb: "Adıçəkilən orta ümumtəhsil məktəblərini 2009-cu ildə 368 şagird bitirib və onların 276 nəfəri attestat alıb. Attestat alanların 213 nəfəri qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən, bu rayonların 44 məzunu - imtahanda iştirak edənlərin 20,66 faizi tələbə adını qazanıb. Onların 11,36 faizi dövlət ali məktəblərinin ödənişsiz, 84,09 faizi ödənişli, 4,55 faizi özəl ali məktəblərə qəbul olub". TQDK sədri əlavə edib ki, bu rayonların abituriyentlərinin bütün imtahan fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağıdır: "Bu rayonların məzunlarından 7 nəfəri 500-dən, 3 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin qəbulda topladıqları orta bal isə 163,166-ə bərabərdir".
M.Abbaszadə bu ildən başlayaraq qəbul imtahanlarının Gəncə şəhərində keçiriləcəyini də söyləyib: "Hələlik ali məktəblərə birinci ixtisas qrupu üzrə qəbul imtahanları Gəncə şəhərində keçiriləcək. Hazırda TQDK-nın Gəncə şəhərindəki regional idarəsində imtahan rəhbərləri, lazımi mütəxəssislər və ekspertlər qəbul olunur, formalaşma prosesi gedir". Komissiya sədri Gəncədə qəbul imtahanlarının keçirilib-keçirilməyəcəyinin həmin ixtisas qrupuna sənəd verəcək abituriyentlərin sayından asılı olduğunu da vurğulayıb. İndiyə qədər isə Azərbaycanda ali məktəblərə qəbul imtahanarı Bakı, Sumqayıt və Naxçıvan şəhərlərində həyata keçirilib.


HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 04.02.10 | Baxılıb: 369

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •