Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Tələbə yataqxanalarındakı məcburi köçkünlərin köçürülməsi başlanır
Proses mərhələli şəkildə həyata keçirilməlidir

Ali təhsil müəssisələrinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin hamısını birdən köçürmək qeyri-mümkündür. Ona görə də bu proses mərhələli şəkildə həyata keçirilməlidir. Bu barədə dünən təhsil naziri Misir Mərdanov məlumat verib. Nazirin sözlərinə görə, məcburi köçkünlərin ali məktəblərin yataqxanalarından köçürülməsinə bu il başlanacaq: "Bu barədə Nazirlər Kabinetinin iclasında ölkə prezidenti tərəfindən müəyyən məlumat verilib. Əli Həsənov da həmin məlumata əsasən bu açıqlamanı verib. Ölkə prezidentinin bir tapşırığı var ki, ali məktəblərin, ümumiyyətlə, təhsil müəssisələrinin özündə və yataqxanalarında məskunlaşan məcburi köçkünlər üçün evlər tikilsin və onlar oraya köçürülsün. Bu il ali məktəblərin yəqin ki bir neçəsində bununla bağlı işlər görüləcək". M.Mərdanov qış semestri imtahanlarının keçirilməsindən də söz açıb. Ali məktəblərdə qış semestr imtahanlarının artıq yekunlaşdığını deyən nazirin fikrincə, əvvəlki qış imtahan sessiyasından fərqli olaraq bu il müsbət istiqamətdə dəyişikliklər var. Belə ki, qış semestri zamanı Təhsil Nazirliyinin "Qaynar xətt"inə çox az sayda məlumat daxil olub: "Həmin müraciətlərə dərhal reaksiya verib, yerində araşdırmışıq. Hər halda bu il ali məktəblərin işə müəyyən qədər məsuliyyətli yanaşmasının nəticəsində narazılıqların sayı azalıb. Demək olmaz ki, hər şey biz istədiyimiz səviyyədədir. Amma hər halda addım-addım müəyyən irəliləyişlər əldə etmək olar". Ali məktəblərdə semestr və buraxılış imtahanlarının TQDK ilə birgə keçirilməsi məsələsinə də münasibət bildirən nazir bu istiqamətdə ciddi işlərin aparıldığını deyib.


HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 04.02.10 | Baxılıb: 370

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •