Dünən "Təmiz Şəhər" ASC-nin rəsmi internet saytının ( www.tamizshahar.az) təqdimatı keçirilib. "APA-Economics"in məlumatına görə, təqdimat mərasimində İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, ARDNŞ, Bakı şəhər İcra Hakimiyyəti və QHT-lərin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, internet saytın təqdimatını keçirib. Qeyd edək ki, "Təmiz Şəhər" ASC Azərbaycan prezidentinin sərəncamı ilə 2008-ci ilin avqust ayında təsis edilib. Şəhər tullantılarının müasir standartlara uyğun idarə edilməsi, yerləşdirilməsi və utilizasiyası səhmdar cəmiyyətə həvalə olunub.
|