Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
İtaliya parlamentinə Cənubi Qafqaza dair qətnamə çıxarılır
Sənəddə çox mühüm məqamların yer alacağı gözlənilir

Yaxın vaxtlarda İtaliya parlamentində Cənubi Qafqazdakı vəziyyətə dair qətnamə layihəsi müzakirə olunacaq. Bu barədə bu günlərdə parlament nümayəndə heyətinin tərkibində Romada səfərdə olmuş millət vəkili Fuad Muradov məlumat verdi. O qeyd etdi ki, İtaliya parlamentində müzakirəsi olacaq qətnamədə çox mühüm məqamların yer alacağı gözlənilir. Millət vəkilinin sözlərinə görə, təxminən bir il öncə Almaniya Bundestaqı Cənubi Qafqazdakı vəziyyətlə bağlı çox obyektiv bir qətnamə qəbul edib. İlk dəfə bir Avropa ölkəsinin parlamenti Ermənistanın işğalçılıq siyasətini pisləyib və bu siyasətin dayandırılmasını tələb edib. Hazırda İtaliya parlamenti ilə də bu istiqamətdə iş aparılır. Qətnamədə Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı müəyyən məqamlar yer alacaq. "Hesab edirəm ki, yaxın vaxtlarda İtaliya parlamentinin də müəyyən addımlar atdığının şahidi olacağıq" - deyə millət vəkili vurğuladı.
F.Muradov qeyd etdi ki, İtaliya Azərbaycana böyük diqqət yetirir. Məhz bunun nəticəsidir ki, bu yaxınlarda İtaliya parlamentində Azərbaycanla dostluq qrupu yaradılıb. Hələlik dostluq qrupunun rəhbəri seçilməyib. Amma bu postda İtaliya Senatının Avropa məsələləri üzrə komitəsinin sədri xanım Rossana Boldinin rəhbərlik edəcəyi gözlənilir. Dostluq qrupu yeni yaradılsa da, bura üzv olmaq istəyən deputatların və senatorların sayı həddindən artıq çoxdur. Romada səfərdə olarkən azərbaycanlı deputatlar həmin qrupun üzvləri ilə də görüşüblər. Görüşdə İtaliyalı deputatlara Azərbaycandakı proseslər və regiondakı vəziyyət haqqında məlumat verilib. F.Muradov bildirdi ki, yaxın vaxtlarda İtaliya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvlərinin Azərbaycana səfərləri gözlənilir. Səfər təxminən aprel ayına planlaşdırılır. Millət vəkilinin fikrincə, səfər iki ölkə arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.
Nümayəndə heyəti İtaliya parlamentinin Beynəlxalq əlaqələr komitəsində və İtaliyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ qaldırıb. İtaliya parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədri Stefano Stefani Dağlıq Qarabağ münaqişəsində birmənalı olaraq Azərbaycanın mövqeyini dəstəklədiklərini bildirib. İtaliyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Rikardo Migliori də Azərbaycanla bağlı çox yaxşı fikirdə olub. O deyib ki, ATƏT-in Minsk qrupunda 11 dövlət təmsil olunur. Münaqişənin həllində də təkcə Minsk qrupunun 3 həmsədr dövləti deyil, 11 dövlətin hamısı bərabər şəkildə iştirak etməlidir. Azərbaycan nümayəndə heyətinin üzvləri italiyalı deputatlardan xahiş ediblər ki, ATƏT-in toplantılarında Minsk qrupu həmsədrlərinin rotasiyası məsələsini qaldırsınlar. Konkret olaraq həmsədrlərdən Fransanın İtaliya ilə əvəzlənməsi məsələsi gündəmə gətirilib. İtaliyalı parlamentari təklifin ədalətli olduğunu bildirib, amma bunun reallaşmasının çətinliyinə işarə edib. O deyib ki, Fransa Avropanın ən böyük dövlətlərindən biri və İtaliyanın müttəfiqidir. F.Muradovun sözlərinə görə, İtaliya Azərbaycanın siyasi və iqtisadi məsələlərlə bağlı Qərbi Avropadakı bir nömrəli partnyorudur. Digər tərəfdən, italyanlar mentalitet baxımından da azərbaycanlılara çox oxşardırlar. Bu baxımdan, İtaliya parlamentariləri ilə əməkdaşlıq Azərbaycan üçün asandır. Ümumiyyətlə, görüş zamanı nümayəndə heyətinin üzvləri İtaliya tərəfinin Azərbaycan, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi barədə kifayət qədər məlumatlı olduğunu müşahidə edib.
Xatırladaq ki, İtaliyaya səfər edən nümayəndə heyətində parlamentin F.Muradovdan başqa, İtaliya ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Azər Kərimli, millət vəkilləri Qüdrət Həsənquliyev və Rövşən Rzayev təmsil olunub.


İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 04.02.10 | Baxılıb: 329

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •