Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Mən "Anyi"ni sevirəm"
Mahir Şükürov evlənməzdən əvvəl doyunca futbol oynamaq istəyir

Azərbaycan milli komandasının müdafiəçisi, "Anyi" klubunun yeni transferi Mahir Şükürovun müsahibəsi

- "Anyi"yə keçidiniz necə baş tutdu?

- Təkliflərim çox idi. "Anyi"ni yalnız ona görə seçmədim ki, Mahaçqala vətənimə yaxındır. Hərçənd, bu məsələdə məsafənin mənim üçün əhəmiyyət kəsb etdiyini gizlətmirəm. Qafqaz ruhu, oxşar mentalitet, nəhayət, Dağıstanın müsəlman bölgəsi olması - bütün bunların hamısı qərarıma təsir etdi. İndi artıq deyə bilərəm ki, məni Moskva "Dinamo"su, "Amkar, Nalçik "Spartak"ı və II Bundesliqadan bir komanda dəvət edirdi.

- "Anyi" sizinlə konkret nə vaxt maraqlandı?

- Əminəm ki, təkan payızda Rusiya yığmasına qarşı oyunumuz oldu. Bu görüşdən sonra gələcək karyeramla bağlı müxtəlif variantlarım yarandı.

- Mahaçqaladakı müqaviləniz Azərbaycandakı qazancınızdan çoxmu fərqlənir?

- Belə deyək ki, fərq elə də böyük deyil.

- Dağıstan paytaxtında Vaqif Cavadov da qərarlaşa bilərdi. Siz bunu bilirdiniz?

- Əlbəttə, onunla komanda yoldaşı olmamağım təəssüf doğurur. Vaqiflə bir yerdə xoş olardı. Digər tərəfdən, Cavadovun Hollandiya çempionatında oynamasına ürəkdən şadam.

- Deyilənə görə, Azərbaycan çempionatının səviyyəsi artır. Bu, həqiqətən belədir?

- Bəli. Ancaq istənilən halda, Rusiya Premyer Liqası daha yaxşıdır. Burada xeyli səviyyəli klub var. Futbolçular haqda danışmaq isə lazım gəlmir. Avropada yaxşı səviyyədə olan Rusiya futbolu haqda informasiyaları telereportaylardan və qəzetlərdən toplayırdım. Çoxlu komandalarınız - "Rubin", "Zenit", "Lokomotiv", "Spartak", MOİK xoşuma gəlir. Ancaq mən "Anyi"ni sevirəm.

- Bakının "İnter" klubunda baş məşqçiniz olan Kaxaber Sxadadze gedişinə necə münasibət göstərdi? Yeri gəlmişkən, o da vaxtilə "Anyi"nin futbolçusu olub...

- Sxadadze hesab etdi ki, mən irəliyə doğru addım atıram. Ona görə də sevindi.

- "Anyi"nin baş məşqçisi Omari Tetradzenin sizi hansı mövqedə gördüyünü artıq bilirsiniz?

- Əlbəttə. Mən adət etdiyim sağ cinah müdafiəçisi mövqeyində oynayacağam.

- Siz əslən Bakıdansınız?

- Yox. Sumqayıtda anadan olmuşam. Orada uşaq məktəbində məşğul olub, sonradan yerli "Xəzər" klubuyla müqavilə bağlamışam. Ardından yarım illik xaricə yollanıb, "Antalyaspor"da oynamışam. Türkiyədə çətin idi. Bilmirəm niyə, ancaq orada legionerlərə elə də yaxşı baxmırdılar.

- Rusiya yığması ilə oyun karyeranızda ən yaxşıdır?

- Ən yaxşılardan biridir. Bir də Almaniya yığması ilə hər iki oyunumuz qeyd edərdim.

- Sizə qədər "Anyi"də azərbaycanlı futbolçuların sayının az olmamağından xəbəriniz var?

- Hətta sələflərimin adını sadalaya bilərəm: Tərlan Əhmədov, Emin Ağayev, İqor Getman, Arif Əsədov və başqaları. Yeri gəlmişkən, hazırda "Xəzər-Lənkəran"da baş məşqçinin köməkçisi olan Tərlan Əhmədovla tez-tez söhbətləşirəm.

- Ailənizi Mahaçqalaya gətirmək niyyətiniz var?

- Bəli. Bunu çempionat öncəsi edəcəyəm. Mən hələ evli deyiləm. Əvəzində valideynlərimi, qardaşımı, bacımı dəvət edəcəyəm.

- Yaxınlarda evlənmək fikriniz var?

- Əvvəlcə doyunca futbol oynamaq lazımdır! (gülür)

- Yeni komanda yoldaşlarınız sizə mahaçqalalı azarkeşlər haqda hələ danışmayıb?

- Mən "Dinamo" stadionunun tutumu haqda məlumatlar toplamışam. Buradakı xalqın öz komandalarını coşqunluqla dəstəklədiyini biləndə çox sevindim. Axı anşlaq olanda yalnız qələbəyə oynamaq istəyirsən.
+  -  Çap 
Yerləşdirilib: 04.02.10 | Baxılıb: 241

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •