|
Elşən Eyvazov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Dünən Yasamal rayon Məhkəməsində hakim Fuad Talışinskinin sədrliyi ilə Azərbaycan Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayev yaşadığı binanın mühafizəçisi işləyən şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında R.Rzayev qətlə yetirilən gün onun yaşadığı binanın mühafizəçisi kimi növbədə olan Elşən Eyvazov cavab verib. Məhkəməyə son söz deyən E.Eyvazov ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb və hakimdən barəsində ədalətli qərar çıxarmağı xahiş edib. Hökmə əsasən, E.Eyvazovun əməlindən Cinayət Məcəllsinin 320.1-ci (saxta sənəd hazırlama) maddəsini xaric edilib. Məhkəmənin hökmü iləE.Eyvazov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 234-cü (narkotik vasitələri saxlama) maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsə 5 il cəza verilməsini istəmişdi.
|