|
Fevralın 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti Nazim Rzayevin 85 illik yubileyi ilə bağlı xatirə gecəsi keçiriləcək. Bu barədə Filarmoniyanın mətbuat xidmətindən məlumat verilib. Xəbərdə bildirilir ki, gecədə bədii rəhbəri Xalq artisti Teymur Göyçəyev olan Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti reallaşacaq. Konsertdə Günel Ələkbərova solist kimi çıxış edəcək. Məlumat üçün bildirək ki, Nazim Rzayev Kamera Orkestrinin yarandığı gündən 1992-ci ilə qədər orkestrin baş diriyoru olub. Musiqiçi 1974-cü ildə "Nəsimi" poemasına verdiyi vokal xoreoqrafik quruluşa görə SSRİ Dövlət mükafatına layiq görülüb.
|