Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Ebru Gündeşin sevgilisi mənim qızımla evlənə bilməz"
Günelin atası deyir ki, Rza Zərrab əlində iki qarpız tutub

Azəri qızı Günellə iş adamı Rza Zərrabın söz müharibəsi davam edir. Tərəflərin ittihamları onların keçmişi ilə bağlı bir çox məqamı ortaya qoyub. Bu dəfə danışan isə Günelin atası Rəhman Zeynalov oldu. O, yerli mətbuata bəzi açıqlamalar verib. Bildirib ki, Rza bir əldə iki qarpız tutmaq istəyib. Günel isə "mən özümü küçədən tapmamışam ki, sən onunla bərabər olub, məni sevəsən" deyib. O, Günellə Rzanın 15-16 yaşlarından bir-birlərini sevdiklərini söyləyib: "Rzanın o qadın - Ebru Gündeşlə münasibətləri yarandıqdan sonra Günel onunla münasibətləri kəsib". Türkiyə KİV-ində bu mövzuda yer alan məlumatların, qalmaqallı xəbərlərin həqiqətə uyğun olmadığını deyən R.Zeynalov hesab edir ki, həmin qəzetləri Rza "alıb": "Bu səbəbdən də həmin qəzet və yurnallar yalnız Rzanın sözlərini dərc edir".
Günelin atası Rzanı ölümlə hədələməsinə dair məlumatları da təkzib edib: "Rza guya onun evində yaşadığımızı bildirir. Lakin biz yaşadığımız evi özümüz kirayələmişik və pulunu özümüz ödəyirik. Məndə bunu sübut edən bütün sənədlər var. Pişiyin ağzı ətə çatmayanda onu iylənmiş adlandırır. Rza həmin pişikdir. Günel onu xəyanətinə görə qəbul etməyib. Bütün ötən ili o, barışmaq üçün qapımıza gəlsə də, Günel fikrindən dönməyib. Məndən də dəfələrlə onları barışdırmağımı istəyib. Lakin mən Rzaya bildirmişəm ki, hisslərini dəqiqləşdirsin və kiminlə bir yerdə olmaq istədiyi ilə bağlı qərar versin. Ebru Gündeşin sevgilisi mənim qızımla evlənə bilməz. Mənim qızım küçə qızı deyil ki, onunla elə-belə görüşsün.
Sözünün davamında R.Zeynalov yaxın iki həftə ərzində məsələyə məhkəmədə aydınlıq gətiriləcəyini də söyləyib.
Xatırladaq ki, hər iki tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət edib.
+  -  Çap 
Yerləşdirilib: 04.02.10 | Baxılıb: 235

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •