Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Kulturoloji problemlərə dair seminar keçirilib
Dünən Mədəniyyət və İncəsənət Universitetində Azərbaycanın tanınmış şairi Osman Sarıvəllinin oğlu, professor Babək Qurbanovun iştirakı ilə kulturoloyi problemlərə dair seminar keçirilib.

Diqqətə çatdıraq ki, fəlsəfə elmləri doktoru, professor Babək Qurbanov uzun müddət Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri işləyib. 1990-2004-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyətin Tarixi və Nəzəriyyəsi kafedrasının müdiri vəzifəsində çalışdıqdan sonra Türkiyə dövlətinin təklifi ilə qardaş ölkəyə yollanmışdır. Bir müddət Ərzurum Atatürk Universitetində çalışan B.Qurbanov indi xidmətini Gaziantep Universitetində davam etdirir. Tədbiri Universitetin elm və yaradıcılıq işləri üzrə prorektoru, pedaqoyi elmlər namizədi professor Maral Manafova açıb. Seminarda çıxış edən Muzeyşünaslıq kafedrasının müdiri, professor Ramiz Ağayev Universitetin yaxın dostu, dəyərli ziyalı, tanınmış zəka sahibi, vətəndaş alim, professor B.Qurbanovun iştirak etdiyi bu tədbirə gələn rektor professor Timuçin Əfəndiyevə, Universitetin kollektivinə və tələbələrinə öz minnətdarlığını bildirib. R.Ağayev Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsi ilə bağlı onlara göstərdiyi köməkliyə görə B.Qurbanova öz təşəkkürünü çatdırıb. Kulturologiya fakültəsinin dekanı Apdin Əlizadə, Mədəniyyətşünaslıq kafedrasının müdiri, kulturologiya elmlər namizədi Sədaqət Əliyeva, fəlsəfə elmlər namizədi, dosent Sevinc Şahhüseyinova, Tətbiqi kulturologiya fakültəsinin müdiri, doktor İlqar Hüseynov, dosent Oktay Sultanov, Universitetin elmi katibi, kulturologiya elmləri namizədi Yeganə Əliyeva, tədris işləri üzrə prorektor, professor Rafiq Sadıqov və kollektivin digər müəllimləri seminarda çıxış ediblər. Tədbir iştirakçıları onu da bildiriblər ki, B.Qurbanov Mədəniyyət və İncəsənət Universiteti üçün unudulmaz bir səhifə, daima gənclərə nümunə göstərilə biləcək müsbət xarakterli bir insandır.
Daha sonra professor B.Qurbanov seminarda çıxış edərək, iştirakçıların suallarını cavablandırıb. O, uzun müddət bu Universitetdə çalışdığını və bu qədər uzun müddətdən sonra geri baxdıqda layiqli gənclərimizi, davamçılarımızı gördükdə çox sevindiyini vurğulayıb. Türkiyə ilə Azərbaycan mədəniyyəti arasında oxşarlıqların çox olduğunu bildirən B.Qurbanov gənclərimizin elmi məqalələrinin Türkiyədə çap olunması üçün lazımi yardımları göstərəcəyini bildirib.


İlkin Muradov
+  -  Çap 
Yerləşdirilib: 04.02.10 | Baxılıb: 384

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •